20 noyabr 2017, Bazar ertəsi
Ana Səhifə - MEDİA - Gedək üzü işığa...
Gedək üzü işığa...
24.07.2017, 17:03

Etibar Cəbrayıloğlu

 

Ötən şənbə-bazarın xeyli hissəsini “Jurnalistlər binası”nın həyətində keçirməli oldum. Yox, narahat olmağa dəyməz, həmin günlər nə zəlzələ baş vermişdi, nə də yanğın-filan olmuşdu. Evdən də qovulmamışdım. Sadəcə...

Ölkə başçısının Milli Mətbuat günü ərəfəsində mənzil hədiyyə etdiyi jurnalistlər öz yeni evlərinə baxmaq üçün məhəlləmizə gəlirdilər. 2013-cü ildən bu məhəllədə - “Jurnalistlər Şəhərciyi”ində yaşayan sakinlərdən biri kimi həmkarlarımı və təzə qonşularımı qarşılayırdım. Dostlara “Evinizə xoş gəldiniz”-demək necə də gözəl bir hiss idi.

 

İntiqam Mehdizadənin, Yusif Rzayevin, Akif Cabbarlının, Amil Novruzovun, İxtiyar Hüseynlinin, İradə İbrahimovanın, Seymur Elsevərin, İmran Bədirxanlının və digər həmkarlarımın, dostlarımın ailə üzvlərinin necə sevindiyini görməyə dəyərdi.

Zöhrə Əliyevanı, Elxan Şükürlünü, Ləman Ələşrəfqızını, Anar Mahmudoğlunu, Seymur Verdizadəni, Rasim Mustafaoğlunu, İlqar Tağıyevi... də yeni binanın həyətində eyni şövqlə qarşılamağa hazır idim, amma alınmadı. Adlarını çəkdiyim həmkarlarımı jurnalistlər üçün inşa olunan ikinci binada qonşu kimi görmək mümkün olmadı. 255 mətbuat adamının adı qeyd edilən siyahıda bu dəyərli qələm yoldaşlarımı, imzaları oxuculara tanış gələn dostlarımı görə bilmədim.

Son günlər 255 nəfərlik siyahı təftiş olunur, eninə-uzununa tənqid edilir. Təəssüf ki, təhqir dolu fikir yazanlar, hətta qarğış yağdıranlar da tapılır. Bayaq qeyd etdiyim kimi, mətbuatımızın inkişafına töhfə verən, bu sahədə xidməti olan bəzi jurnalistlər dövlətimizin, onun başçısının qiymətsiz hədiyyəsindən yararlana bilmədilər. Bunu böyük bir faciəyə çevirmək, sosial şəbəkələrdə, bəzi saytlarda həm dövlətə, həm həmkarlarına açıq, gizli savaş açmaq, qarğış yağdırmaq, dövlətin xoş niyyətli addımına dodaq büzmək nə dərəcə doğrudu? Necə deyərlər, quşun dimdiyi yemə çatmayanda deyir ki, yemin keyfiyyət sertifikatı yox idi...

Mənzilə ehtiyacı olan jurnalistlər üçün növbəti-üçüncü binanın da tikiləcəyini nəzərə alsaq, deməli, bu gün müxtəlif səbəblərdən siyahıdan kənarda qalan dəyərli həmkarlarımız bir neçə ildən sonra öz yeni evlərinin işığını yandıra biləcəklər. Onlar da tezliklə “Jurnalistlər Şəhərciyi”nin sakini olacaqlar. Bir məsələni də qeyd etmək də faydalı olar, məlum siyahıdan kənarda qalan həmkarlarımız arasında dövlətimizin fəxri adlarını alanlar da var. Deməli, rəsmi qurumlar, mətbuatın fəaliyyətinə birbaşa cavabdeh şəxslər dostlarımızın bu sahədəki uğurlu işini zaman-zaman qiymətləndirirlər və yəqin ki, növbəti ev siyahısında da onlar diqqətdən kənarda qalmayacaqlar.

Bu gün “Jurnalistlər Şəhərciyi”nə köçməyə hazırlaşan yeni sakinləri təftiş edənlər, onlara qarğış yağdıranlar, jurnalist həmrəyliyindən başqa Allah bilir nə ilə məşğul olanlar bəlkə elə onda da sakit dayanmayacaqlar. Bəlkə deyəndə ki... Başına gələn başmaqçı olar. 2013-cü ildə Milli Mətbuat günü ərəfəsində jurnalistlər üçün tikilən birinci binada ev alacaq qələm adamlarını müəyyənləşdirmək üçün redaksiyalarda iclaslar keçirilirdi. “Ədalət” qəzetində çox demokratik şəraitdə toplantı təşkil olundu, dəyərli yazıçımız, qəzetin təsisçisi Aqil Abbas müdafiə etdiyi namizədin adını səsləndirdi, Baş redaktor İradə Tuncay digər bir əməkdaşımızın, təcrübəli jurnalistin də siyahıda qeyd olunmasına tərəfdar çıxdı. Redaksiyada çalışan əməkdaşlar da namizəd irəli sürdülər. Açıq səsvermədən sonra hər üç namizədin adı protokola salındı. Bütün bu şəffaf proses Mətbuat Şurası sədrinin, KİVDF-nin rəhbərinin və bu qurumun Müşahidə Şurasının sədrinin gözləri qarşısında baş verdi. Lakin iclasın sənədləri Mətbuat Şurasına gedib çatmamış redaksiyada çalışanlardan bir-ikisi hay-küy salmağa, az qala BMT-nin Baş katibinə, Qvatemalanın daxili işlər nazirinə şikayət məktubları yazmağa başladılar. Mənzil alan jurnalistlərin adları aşıqlananda isə Qorki demişkən, bu “ictimai qozbellər” qarğış etməkdən, erməni südü əmənlərlə əlbir olub Aqil Abbasla mənzil alan jurnalistlərin arasını vurmağa çalışdılar və bəzən də buna nail oldular.

Bütün bunları boşuna xatırlatmadım, bəziləri həmişə ən şəffaf siyahıda da bir əmma axtarmağa, görülən müsbət işlərə ləkə yaxmağa çalışır, bunu özlərinə həyat tərzi seçirlər.

İnsanın daxili işıqlı olanda o, həmişə işıq gələn tərəfə addımlayır. Daxilində zülmət oynayanlar qaranlığa doğru can atır. Peşə bayramları ərəfəsində dövlət tərəfindən yeni mənzillə mükafatlandırılan həmkarlarımıza qarğış edənlərdən yox, onları “Jurnalistlər Şəhərciyi”ndə qarşılayanlardan olaq...  


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
20.11.2017, 00:57

"Bu nə tərbiyəsizlik, nə əxlaqsızlıq?" - Deputatdan kəskin reaksiya

Robert Muqabe xalqa müraciətində istefadan danışmadı - Yenilənib
20.11.2017, 00:34

Robert Muqabe xalqa müraciətində istefadan danışmadı - Yenilənib

“Faiq Azərbaycan kişisinin namusuna düşən ləkədir”
20.11.2017, 00:17

“Faiq Azərbaycan kişisinin namusuna düşən ləkədir”

26 ildir çözülməyən Qarakənd faciəsi...
20.11.2017, 00:01

26 ildir çözülməyən Qarakənd faciəsi...

Avropa İttifaqı Ermənistandan Metsamor AES-i bağlamağı tələb edir
19.11.2017, 23:31

Avropa İttifaqı Ermənistandan Metsamor AES-i bağlamağı tələb edir

Ərdoğanın mühafizəçiləri qəzaya düşdü: 4 yaralı
19.11.2017, 23:12

Ərdoğanın mühafizəçiləri qəzaya düşdü: 4 yaralı

Xərçəng diaqnozu qoyulan kral xəstəxanaya yerləşdirildi
19.11.2017, 22:56

Xərçəng diaqnozu qoyulan kral xəstəxanaya yerləşdirildi

"Qarabağ münaqişəsinin həllində irəliləyişi təmin etməkdə maraqlıyıq" - Sergey Lavrov
19.11.2017, 22:42

"Qarabağ münaqişəsinin həllində irəliləyişi təmin etməkdə maraqlıyıq" - Sergey Lavrov

Yol qəzasında sürücü gözlərini itirdi
19.11.2017, 22:22

Yol qəzasında sürücü gözlərini itirdi

İlham Əliyev:
19.11.2017, 22:06

İlham Əliyev: "Azərbaycan bu münaqişənin tezliklə nizamlanmasında son dərəcə maraqlıdır"

Cəlilabadda bıçaqlanma
19.11.2017, 21:47

Cəlilabadda bıçaqlanma

Humanitar yardım almaq istəyən 15 nəfər öldü
19.11.2017, 21:17

Humanitar yardım almaq istəyən 15 nəfər öldü

15 yaşında qıza elçi gedərkən, hara baxırdız?! Reytinq cədvəlinə?!
19.11.2017, 20:59

15 yaşında qıza elçi gedərkən, hara baxırdız?! Reytinq cədvəlinə?!

"Neftçi" doğma meydanda "Qəbələ"yə uduzdu
19.11.2017, 20:46

"Neftçi" doğma meydanda "Qəbələ"yə uduzdu

Göygöldə ağır qəza: 1 ölü, 6 yaralı
19.11.2017, 20:30

Göygöldə ağır qəza: 1 ölü, 6 yaralı

İtaliyada 4,7 bal gücündə zəlzələ oldu
19.11.2017, 20:16

İtaliyada 4,7 bal gücündə zəlzələ oldu

Saakaşvili baş nazir olmağa hazırlaşır
19.11.2017, 20:02

Saakaşvili baş nazir olmağa hazırlaşır

İlham Əliyev Sergey Lavrovun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
19.11.2017, 19:50

İlham Əliyev Sergey Lavrovun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Qaxda dağlıq ərazidə baş verən yanğın söndürülüb - YENİLƏNİB
19.11.2017, 18:01

Qaxda dağlıq ərazidə baş verən yanğın söndürülüb - YENİLƏNİB

“Mercedes” işıq dirəyinə çırpıldı: ölən və xəsarət alan var - SİYƏZƏNDƏ
19.11.2017, 17:35

“Mercedes” işıq dirəyinə çırpıldı: ölən və xəsarət alan var - SİYƏZƏNDƏ

Ermənistan ordusunda növbəti FƏRARİLİK    
19.11.2017, 16:51

Ermənistan ordusunda növbəti FƏRARİLİK    

93 yaşlı prezident Zimbabve hakim partiyasının rəhbəri postundan kənarlaşdırılıb
19.11.2017, 16:37

93 yaşlı prezident Zimbabve hakim partiyasının rəhbəri postundan kənarlaşdırılıb

Abxaziya dəmir yolunun açılmasına dair danışıqlar: “Azərbaycanın şərti var ki, silah daşınmasın...”   
19.11.2017, 15:37

Abxaziya dəmir yolunun açılmasına dair danışıqlar: “Azərbaycanın şərti var ki, silah daşınmasın...”  

Bu il ölkəyə 532 mindən çox mobil telefon gətirilib
19.11.2017, 15:19

Bu il ölkəyə 532 mindən çox mobil telefon gətirilib

6 meyit Azərbaycana qaytarılıb - Qızıl Xaç Komitəsinin HESABATI
19.11.2017, 14:48

6 meyit Azərbaycana qaytarılıb - Qızıl Xaç Komitəsinin HESABATI

Lavrov İrəvanda Qarabağ münaqişəsinin tənzimlənməsi perspektivini müzakirə edəcək
19.11.2017, 14:37

Lavrov İrəvanda Qarabağ münaqişəsinin tənzimlənməsi perspektivini müzakirə edəcək

Ucarda pambıq tayası yanıb
19.11.2017, 14:24

Ucarda pambıq tayası yanıb

“Azəristilik” SÖZ VERDİ: “Sabahdan bütün mənzillərdə istilik olacaq”
19.11.2017, 14:14

“Azəristilik” SÖZ VERDİ: “Sabahdan bütün mənzillərdə istilik olacaq”

“Made in Azerbaijan” brendi ilə Rusiyaya məhsullar ixrac olunacaq
19.11.2017, 13:30

“Made in Azerbaijan” brendi ilə Rusiyaya məhsullar ixrac olunacaq

Fransada polis 3 nəfəri qətlə yetirib
19.11.2017, 12:40

Fransada polis 3 nəfəri qətlə yetirib

Sabaha olan hava PROQNOZU
19.11.2017, 12:28

Sabaha olan hava PROQNOZU

İmişlidə avtoqəza: ölən və yaralananlar var
19.11.2017, 11:43

İmişlidə avtoqəza: ölən və yaralananlar var

Komanda-qərargah oyunları çərçivəsində Naxçıvan Qarnizonu fəaliyyətlərini davam etdirir - FOTO - VİDEO
19.11.2017, 11:25

Komanda-qərargah oyunları çərçivəsində Naxçıvan Qarnizonu fəaliyyətlərini davam etdirir - FOTO - VİDEO

“Evrascon” ASC-nin avtomobili beton dirəyə çırpılıb, ölən və yaralanan var - SALYANDA
19.11.2017, 11:07

“Evrascon” ASC-nin avtomobili beton dirəyə çırpılıb, ölən və yaralanan var - SALYANDA

Plagiat faktlarla  bağlı hansı müraciətlər daxil olub?- RƏSMİ
19.11.2017, 11:04

Plagiat faktlarla  bağlı hansı müraciətlər daxil olub?- RƏSMİ

ARXİV