Modern.az

47 minə yaxın müəllimin ərizəsi təsdiq olunub

47 minə yaxın müəllimin ərizəsi təsdiq olunub

24 İyul 2017, 17:42

“İyulun 25-də Azərbaycan Texniki Universitetində ümumi təhsil müəssisələrinə mərkəzləşdirilmiş qaydada keçirilən müəllimlərin işə qəbulu üzrə müsabiqənin test mərhələsinə start veriləcək”.

 

Modern.az xəbər verir ki , bu barədə Təhsil nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov deyib. 

 

Bildirilib ki, namizədlərə ixtisaslarına uyğun olaraq ümumtəhsil məktəblərinin fənn proqramının məzmunu üzrə 40, metodika, təlim strategiyaları üzrə 10 və məntiq üzrə 10 sual olmaqla ümumilikdə 60 sualı cavablandırmaq üçün 90 dəqiqə vaxt veriləcək.


Müsabiqədə iştirak etmək üçün müraciət edənlərdən 47 min nəfərə yaxın şəxsin elektron ərizəsi təsdiq edilib.


İmtahanlarda iştirak edəcək müəllimlər //www.miq.edu.az/  saytına daxil olmaqla “Şəxsi səhifə” bölməsindən imtahanların keçiriləcəyi tarix və saat barədə məlumat əldə edə bilərlər. 


İmtahana gələrkən müəllimlərdən özləri ilə şəxsiyyəti təsdiq edən sənədin əslini və bildirişi gətirmələri xahiş olunur. 
İmtahanlar avqustun 5 -dək davam edəcək.

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi