Modern.az

Umud Mirzəyev Qatarda beynəlxalq tədbirə qatılıb

Umud Mirzəyev Qatarda beynəlxalq tədbirə qatılıb

24 İyul 2017, 18:08

Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev Qatarın paytaxtı Dohada beynəlxalq tədbirə qatılıb. Qatarın İnsan haqları üzrə Milli Komitəsinin Jurnalistlərin Müdafiəsi üzrə Beynəlxalq Federasiya və Beynəlxalq Mətbuat İnstitutu ilə birgə təşkil etdiyi bu tədbir "İfadə azadlığı: Təhdidlə üz-üzə” adlanır. 2 gün davam edəcək tədbirin əsas məqsədi dünya ictimaiyyətini, vətəndaş cəmiyyəti təşkilatları, dövlət və dövlətlərarası agentliklərin diqqətini jurnalistlərə qarşı törədilən zorakılıqlara, təhlükəsiz fəaliyyətə yönəltmək, qarşılıqlı fəaliyyət mexanizmləri və əməkdaşlığı dərinləşdirməkdir.

 

BAMF -ın mətbuat xidmətindən Modern.az-a bildirilib ki, tədbirdə, jurnalistlərin təhlükəsizliyi- çətinliklər və uğurlu təcrübələr, Jurnalistlərin müdafiəzsi və mətbuat azadlığı, Media və beynəlxalq insan haqları təşkilatlarının əməkdaşlıq perspektivləri və.s məsələlər müzakirə olunur. Müzakirələr zamanı, qloballaşan dünyada Jurnalistlərin professionallığının artması ilə paralel onlara edilən təhdidlərin də artmasından ciddi narahatlıq ifadə edilib. BAMF prezidenti səfərinin ilk günü müzakirələrə qatılıb və sıra görüşlər keçirib.

 

Umud Mirzəyev Əl-Cəzirə Media Şəbəkəsinin icraçı direktoru Mustafa Souj,  Əl-Cəzirə media Şəbəkəsinin İnsan hüquqları və Vətəndaş Azadlığı mərkəzinin direktoru Sami Əlhac, Banqladeşin tanınmış jurnalisti, Çandpur Press Klubunun yaradıcılarından biri  Şah Məhəmməd Maksudul , BMT-nin Cenevrə ofisinin Afrikada media azadlığı üzrə komissiyasının üzvü Fatsal Ourguergouz və PEN American Mərkəzinin proqram meneceri  James Tager ilə səmərəli danışıqlar aparıb. 

 

Umud Mirzəyev bu görüşlərdə beynəlxalq təşkilatların media qurumlarına, ölkələrə ikili standartlarla yanaşmasını qəbul edilən qərarlara etmadsızlıq yaratdığını ifadə edib. Bununla yanaşı BMT qətnaməsinin tətbiqi və icra mexanizmlərinin hazırlanması üçün beynəlxalq təşkilatlarla media qurumları arasımda assosiativ əlaqələrin genişləndirilməsinin uğurlu addım ola biləcəyinin əhəmiyyətini bildirib. Tədbir müddətində media azadlığının gücləndirilməsi məqsədi ilə qanunverici bazanın inkişaf etdirilməsi, cəzasızlığın aradan qaldırılması istiqamətində təlim və maarifləndirmə tədbirlərinin dövlət orqanları nümayəndələri ilə birgə davam etdirilməsi, UNESCO-nun xüsusi mandatına uyğun olaraq media azadlığı və jurnalistlərin təhlükəsizlik məsələlərinin müsbət həlli üçün fəaliyyət mexanizmlərinin işlənib hazırlanması kimi bir sıra vacib detallar müzakirə olunacaq. Tədbirdə Görüşdə UNESCO, İCRC, BMT İnsan haqları Təlim mərkəzi, Beynəlxalq Mətbuat İnstitutu, Jurnalist Hüquqlarının Müdafiə Mərkəzi, BMT Mətbuat Emblemi Kompaniyası (UNPEC), İnsan Haqlarına Baxış, Human Rights Watch  və bir sıra digər nüfuzlu beynəlxalq təşkilatların rəhbərliyi və nüfuzlu media orqanlarının təmsilçiləri  iştirak edir. BAMF prezidenti  Azərbaycanın Qətərdəki səfiri cənab Tofiq Abdullayevlə  də görüşüb. Görüş zamanı Azərbaycanın tanıdılması və beynəlxalq əlaqələrin gücləndirilməsi məqsədi ilə vətəndaş cəmiyyəti təşkilatlarının beynəlxalq media qurumları və instituttları ilə birgə səylərin gücləndirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir