Modern.az

Azərbaycan nefti ucuzlaşdı

Azərbaycan nefti ucuzlaşdı

24 İyul 2017, 22:34

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti iyulun 21-də 49,45 dollar/barel təşkil edib ki, bu da cümə gününə olan göstəricidən 0,83 dollar/barel azdır. Modern.az xəbər verir ki, bu barədə "Trend"ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti iyulun 21-də 48,87 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,83 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti iyulun 21-də 46,7 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,9 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə iyulun 21-də 47,91 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,77 dollar/barel azdır.

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...