Modern.az

Süleyman Dəmirəl: “Ayıbdır, ayıb!”

Süleyman Dəmirəl: “Ayıbdır, ayıb!”

16 Noyabr 2009, 09:53

Türkiyənin 9-cu prezidenti Süleyman Dəmirəl hazırda Türkiyənin gündəmini məşğul edən “kürd açılımı” məsələsinə münasibət bildirib. Dünya Diabet Günü münasibətilə Ankara Universiteti Tibb fakültəsində təşkil edilən yığıncağa qatılan Dəmirəl, məsələyə özünəməxsus yanaşma nümayiş etdirib: “Türkiyədəki siyasi hadisələrin başında açılım gəlir. Açılım da heç cür açıla bilmir. Məclisdəki son müzakirələrdə də açılımın açıldığı qənaətində deyiləm. Ucu göstərilir, altı çıxmır meydana. Bir az daha gözləyəcəyik. Açılım məsələsini Türkiyənin tam müzakirə edə bilməsi üçün daha bir az gözləniləcək".

S.Dəmirəl hazırkı hakimiyyətə mesaj göndərib: “Hər gün demokratiya dərsi verirsiniz, insanlar bir-biriylə danışmaqdan qorxur. Harada fikir azadlığı, harada azadlıq, harada düşüncə azadlığı? İnsanlar sanki özlərindən şübhəli hala gəlmişdir. Niyə? Çünki məhkəmələrə insanların danışdığı şeyləri dəlil olaraq çıxarırsınız, Belə şey olmaz. Ayıbdır, ayıb".

 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Əskipara kəndinə getmək istəyən jurnalistlər belə saxlanıldı