27 sentyabr 2017, Çərşənbə axşamı
Ana Səhifə - ƏDƏBİYYAT - Mənzil alan jurnalistlərə TƏBRİKİM  
Mənzil alan jurnalistlərə TƏBRİKİM  
24.07.2017, 22:56

Sabir Rüstəmxanlı,
Xalq şairi

Mətbuat günü ərəfəsində jurnalistlər üçün tikilmiş ikinci binanın istifadəyə verilməsi, 255 qələm və söz sahibinin mənzil alması və ya mənzil şəraitini yaxşılaşdırması, köhnə jurnalist kimi, məni ürəkdən sevindirdi. Qələm əhli üçün yazılarını öz evində, öz işığı altında yazmaqdan, ailəsini öz peşəsiylə qazandığı halal guşəsində sevindirməkdən böyük rahatlıq və xoşbəxtlik yoxdur. Bu gözəl duyğunu yaşayan, yeni mənzil alan bütün jurnalistləri, həmkarlarımı, dostlarımı ürəkdən təbrik edir, "eviniz xeyirli-uğurlu olsun, bu mənzillərdə oğul evləndirib, qız köçürəsiniz, gözəl əsərlər yazasınız!" deyirəm. 


Bakıda olmasam da sosial mediadakı bəzi narazılıqları da izləyirdim. Təbii ki, ehtiyacı olub mənzil ala bilməyənlər də var, onların arasında bəzi mənzil alanlardan daha ağır durumda yaşayanlar da tapılar, (onlardan bir neçəsini mən də tanıyıram), ancaq bu, bütövlükdə belə böyük tarixi hadisəni qaralamağa haq vermir. Birdən-birə hamının ehtiyacını ödəmək çətindir. Lakin nəzərə alaq ki, bu binalar tikilməyə də bilərdi. Cünki dünyada belə təcrübələr azdır. Amma nə yaxşı ki, Azərbaycan prezidenti jurnalistlərin vəziyyətini vaxtında gördü, onların mənzil şəraitinin yaxşılaşdırılması işinə start verdi və ölkənin tanınmış qələm sahiblərinin böyük bir hissəsi bu sıxıntıdan qurtardı. Radikal və tarixi bir addım atıldı. Çünki başqa yolla bu məsələni həll etmək olmazdı.


"Sayt çox, jurnalist çox!" deyənlər də var. Anlaşılandı. Amma hər sayt işlədən jurnalist sayılmaz. Jurnalistika son dərəcə çətin, məsuliyyətli, şərəfli sənətdir, istedad istəyir, bir ömrü qurban vermək gərəkir, yoxsa bekarçılıqdan internetdə qurdalanan hər kəsə jurnalist deyilməz. Bu mənada jurnalistika ilə məşğul olan peşəkarları hamı tanıyır, bu iki ev onların çoxunun ehtiyaclarını ödəyib, sağlıq olsun, üçüncü evlə bu problem əsasən həll olunar. 


Mənzil siyahısında həyatımızın bütün sahələrində görmək istədiyimiz dəyərli cəhətlərdən biri iqtidar-müxalifət mətbuatı arasında ciddi fərq qoyulmaması, tərəfsiz jurnalistlərin də kənarda qalmamasıdır. Jalə Mütəllimova, Aynur Muradxanlı, Aida Eyvazova, Flora Sadıqova kimi qadın jurnalistlərin, Zahid Səfəroğlu, Elşad Paşasoy, Xalid Kazımlı, Aqil Ələsgər, Hüseynbala Səlimov, Aqil Aslan və başqa gənc həmkarlarımın hansı əziyyətlə yaşayıb işlədiklərini xatırlayanda bu işin əhəmiyyəti gözümdə daha da böyüyür. 


Dünyasını dəyişən yurnalistlərin ailələrinin ( şair-rəssam dostumuz, mərhum Adil Mirseyid, Mahir Nəbili və başqaları); eləcə də ,bu sahədə böyük zəhmətləri olan, hamımızın yaxşı tanıdığımız yaşlı jurnalıstlərin unudulmaması siyahının diqqətlə hazırlandığını göstərir. 

Nəhayət, mətbuatda çalışan şair və yazarların adlarını mənzil siyahısında görəndə sanki özüm də sıxıntıdan, əziyyətdən qurtardım. İntiqam Mehtizadə. İlqar Əlfi, Qafar Çaxmaqlı, Tahir Talıblı, Səfər Alışarlı, Kənan Hacı, Qulu Ağsəs, Telli Pənahqızı, Əsəd Cahangir, Bəxtiyar Qaraca, Fəxri Uğurlu, Bəsti Əlibəyli, Aydın Xan, Sərvaz Hüseynoğlu, Fərid Hüseyn, Əbülfət Mədətoğlu kimi , həm də ciddi ədəbi xidmətləri olan adamlarin hər biri üçün gərək çoxdan mənzil problemi həll edilmiş olaydı. Onlarn hər biri eyni haqla Yazarlar Birliyindən də mənzil gözləyə bilərdilər. Nə yaxşı ki bu yolla YB-nin də yükü yüngülləşdi. 


Yaşadığımız mənziləri (şəxsi evlər istisna) dövlət verib, ancaq hədiyyə kimi yox, dövlətin qanunlarla tənzimlənən borcu kimi. niyə başqa vətəndaş mənzil alanda bu normal qəbul edildiyi halda jurnalistin mənzili hədiyyə sayilmalıdır. Mənzil heç bir qələm sahibinin boynuna özəl bir minnət, iqtidarın sözçüsü olmaq borcu qoymur. Prezidentin çıxışında da söhbət yalnız həqiqətdən, obyektivlikdən getdi. Yoxlanmamış məlumatı mətbuata çıxarmamaq, tənqidin əndazəsini bilmək, dövlətin və millətin mənafeyini yüksək tutmaq, xarici təsirə uymamaq,milli əxlaqa sayqı, onsuz da, jurnalistikanın əlifbasıdır və hər bir jurnalistin, hətta evsizlikdən əziyyət çəkənin də peşə borcudur. 


Məncə, mətbuatın ölkənin taleyində oynadığı rol barədə ölkı başçısının sözləri bu gün həbsdə olan gənc jurnalistlərin taleyinə də təsirsiz qalmaz, yurnalistlərin işiylə məşğul olan hüquq-mühafizə, məhkəmə sistemi əməkdaşlarına da bir dərs olar. 


Nəhayət, arzu edərdik ki, bu təcrübə davam etdirilsin. Bir neçə buna bənzər evlə Milli Elmlər Akademiyasının, yaradıcı təşkilatların da mənzil problemini həll etmək olar. 

23.07.2017


Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Türkiyənin İraqa qoşun yeritməyə hazır olması ABŞ-ı hiddətləndirdi
27.09.2017, 00:56

Türkiyənin İraqa qoşun yeritməyə hazır olması ABŞ-ı hiddətləndirdi

Azərbaycanda ilk: qan dövranı dayandırılmaqla əməliyyat - Video
27.09.2017, 00:42

Azərbaycanda ilk: qan dövranı dayandırılmaqla əməliyyat - Video

Suriyada Rusiyaya məxsus vertolyot vuruldu
27.09.2017, 00:24

Suriyada Rusiyaya məxsus vertolyot vuruldu

Bakıda sovet mənşəli küçə adları - VİDEO
27.09.2017, 00:10

Bakıda sovet mənşəli küçə adları - VİDEO

Dünyada ən böyük almazı 53 milyon dollara satıldı
26.09.2017, 23:53

Dünyada ən böyük almazı 53 milyon dollara satıldı

"TurAz Qartalı-2017": Azərbaycan və Türkiyə şahinləri səmada - Video
26.09.2017, 23:36

"TurAz Qartalı-2017": Azərbaycan və Türkiyə şahinləri səmada - Video

Azərbaycan nefti 26 aydan sonra 60 dollar oldu
26.09.2017, 23:24

Azərbaycan nefti 26 aydan sonra 60 dollar oldu

Çilidə zəlzələ oldu
26.09.2017, 23:06

Çilidə zəlzələ oldu

Bank vətəndaşdan 320 dollar əlavə ödəniş aldı - Video
26.09.2017, 22:50

Bank vətəndaşdan 320 dollar əlavə ödəniş aldı - Video

ABŞ-dan Şimali Koreyaya yeni sanksiya
26.09.2017, 22:34

ABŞ-dan Şimali Koreyaya yeni sanksiya

ATV-də işdən çıxarılan aparıcı ÖLKƏNİ TƏRK ETDİ   
26.09.2017, 22:21

ATV-də işdən çıxarılan aparıcı ÖLKƏNİ TƏRK ETDİ  

Türkiyədə bina çökdü: 1 ölü, 1 yaralı
26.09.2017, 22:06

Türkiyədə bina çökdü: 1 ölü, 1 yaralı

Vanqanın qənaətləri: vaxtından əvvəl cinsi həyat  SONSUZLUĞA SƏBƏB OLUR
26.09.2017, 21:53

Vanqanın qənaətləri: vaxtından əvvəl cinsi həyat  SONSUZLUĞA SƏBƏB OLUR

Azərbaycan Türkiyədə traktor istehsal edəcək
26.09.2017, 21:40

Azərbaycan Türkiyədə traktor istehsal edəcək

Havaların dəyişməsi ilə bu əlamətlər yaranırsa, HƏKİMƏ MÜRACİƏT EDİN
26.09.2017, 21:26

Havaların dəyişməsi ilə bu əlamətlər yaranırsa, HƏKİMƏ MÜRACİƏT EDİN

İraq Kürd muxtariyyətinə üç gün vaxt verdi
26.09.2017, 21:12

İraq Kürd muxtariyyətinə üç gün vaxt verdi

Sabah Bakı-Tbilisi-Qars dəmir yolu üzrə işçi qrup toplanır
26.09.2017, 20:55

Sabah Bakı-Tbilisi-Qars dəmir yolu üzrə işçi qrup toplanır

"Roma" oyunçuları Bakı Olimpiya Stadionunda məşqə çıxdı
26.09.2017, 20:42

"Roma" oyunçuları Bakı Olimpiya Stadionunda məşqə çıxdı

Rusiya İŞİD mövqelərini bombaladı
26.09.2017, 20:27

Rusiya İŞİD mövqelərini bombaladı

ATV rəhbərliyi müğənniləri toylarda pulsuz oxumağa məcbur edirmiş
26.09.2017, 20:16

ATV rəhbərliyi müğənniləri toylarda pulsuz oxumağa məcbur edirmiş

Bakıda pulsuz "Wi-Fi" xidməti olan ərazilərin əhatəsi genişlənib
26.09.2017, 20:02

Bakıda pulsuz "Wi-Fi" xidməti olan ərazilərin əhatəsi genişlənib

Azərbaycan NATO əlaqələri müzakirə edilib
26.09.2017, 19:51

Azərbaycan NATO əlaqələri müzakirə edilib

Afrika taununa görə karantin elan olundu
26.09.2017, 18:54

Afrika taununa görə karantin elan olundu

Rusiyada təyyarə qəzası, pilot öldü
26.09.2017, 18:25

Rusiyada təyyarə qəzası, pilot öldü

İsveçdə məscid yandırıldı
26.09.2017, 18:13

İsveçdə məscid yandırıldı

Tofiq Sarıcalinskini ordenlə təltif edilib
26.09.2017, 18:09

Tofiq Sarıcalinskini ordenlə təltif edilib

Prezident onları təltif etdi - ADLAR   
26.09.2017, 17:53

Prezident onları təltif etdi - ADLAR  

Salyanda yol tikintisinə 3,5 milyon manat ayrıldı
26.09.2017, 17:47

Salyanda yol tikintisinə 3,5 milyon manat ayrıldı

Türkiyənin müdafiə naziri sabah Bakıya gəlir
26.09.2017, 17:31

Türkiyənin müdafiə naziri sabah Bakıya gəlir

Rayon baytarlıq xidmətləri gücləndirilir   
26.09.2017, 17:26

Rayon baytarlıq xidmətləri gücləndirilir  

ATV-nin yeni rəhbəri “ATV Səhər” və “Yoxlama” verilişlərini bağladı
26.09.2017, 17:18

ATV-nin yeni rəhbəri “ATV Səhər” və “Yoxlama” verilişlərini bağladı

Manatın sabahkı MƏZƏNNƏSİ
26.09.2017, 17:11

Manatın sabahkı MƏZƏNNƏSİ

Nəğmələrlə dolu ürək
26.09.2017, 16:59

Nəğmələrlə dolu ürək

Milli Məclisin 2 oktyabr iclasının tam GÜNDƏLİYİ
26.09.2017, 16:50

Milli Məclisin 2 oktyabr iclasının tam GÜNDƏLİYİ

27 sentyabrda muzeylərə giriş pulsuz olacaq
26.09.2017, 16:47

27 sentyabrda muzeylərə giriş pulsuz olacaq

ARXİV
SORĞU
Qarabağ” - “Roma” oyunundan nə gözləyirsiniz?
Heç-heçə(37.8%)
“Qarabağ” qələbə qazanacaq(43.2%)
“Roma” qalib gələcək(18.9%)