Modern.az

ABŞ Türkiyədən izahat gözləyir

ABŞ Türkiyədən izahat gözləyir

25 İyul 2017, 00:29

Türkiyə Rüsiyadan S-400 zenit-raket kompleksini almaq niyyətinin səbəbini izah etməlidir. Modern.az "RİA Novosti"yə  istinadən verdiyi xəbərə görə, bunu Pentaqonun rəsmi nümayəndəsi Ceff Devis bəyan edib: "Türkiyə bizim NATO üzrə tərəfdaşımızdır. Bu səbəbdən silahların uyğunlaşdırılması məsələsi olduqca mühümdür. Türkiyə qərarını bizə izah etməlidir”.

Qeyd edək ki, S-400 "Triumf" zenit raket sistemi taktiki və strateji təyyarələrin, ballistik raketlərin, hiper səs hədəflərinin və digər hava hücumu vasitələrinin zərərsizləşdirilməsi üçündür. Hazırda Türkiyə S-400 raket kompleksi almaq ilə bağlı Rusiya ilə danışıqlar aparır.

Türkiyə prezidenti  Rəcəb Tayyib Ərdoğan, öz növbəsində, ABŞ-ın bu məsələ ilə bağlı narahatlığını anlamadığını dilə gətirib: “Onlar nədən narahatdır? Hər bir ölkə öz təhlükəsizliyini təmin etmək üçün müəyyən tədbirlər görmək hüququna malikdir. Heç bir narahatlığa ehtiyac yoxdur.  Zenit-raket kompleksləri ilə bağlı danışıqlar, demək olar ki, yekunlaşıb”.

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır