Modern.az

Yaponiyada isti 6 nəfəri öldürdü

Yaponiyada isti 6 nəfəri öldürdü

Aktual

25 İyul 2017, 09:29

Yaponiyada kəskin istilər səbəbindən 6 nəfər dünyasını dəyişib, təxminən 6 mindən çox adam isə xəstəxanalara yerləşdirilib.

Bu barədə Modern.az xarici KİV-lərə istinadən xəbər verir.

Məlumata görə təcili-tibbi yardım xəstəxanalara yerləşdirilənlərin yarıdan çoxunun yaşının 60-dan yuxarı olduğunu qeyd edib.

İstilər daha çox müşahidə edilən ərazilər isə Tokio ətrafı, Osaka, Xyoqo, Saitama, Fukuoka, Aiti, eləcə də Xokkaydo adaları olub.

Meteoroloqlar isti havanın hələ yaxın günlərdə də davam edəcəyini bildiriblər. Əhaliyə açıq havada çox qalmamaq, daim sərinləşdirici içki, su qəbul etmək və kondisionerli məkanda olmaq tövsiyə edilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır