Modern.az

Xəzər Universiteti daha bir uğura imza atdı

Xəzər Universiteti daha bir uğura imza atdı

25 İyul 2017, 09:32

Xəzər Universiteti Dünya Ali Təhsil Məkanında Sürətlə Yüksələn Gənc Ulduzu” (“QS Top Universities”) seçilib.
Bu barədə Xəzər Universitetindən məlumat verilib.


Universitetdən Modern.az-a bildirilib ki, 2017-ci il iyulun 14-də dünyada ali təhsili dəyərləndirən beynəlxalq QS təşkilatı “QS Top 50 Under 50” illik universitet reytinqini açıqlayıb. Bu reytinq bütün dünya üzrə 50 ildən az fəaliyyət göstərən gənc universitetləri əhatə edib.
Bu reytinqin əsas məqsədi yaşlarının az olmasına baxmayaraq artıq özünü dünyada sübut etmiş və uzun tarixə malik olan universitetlərlə yarışa biləcək universitetlərin dəyərləndirilməsidir.


53 ölkədən 150 ən yaxşı gənc universitet bu siyahıya daxil edilib.


Xəzər Universiteti Azərbaycandan 150 ən gənc dünya universitetləri arasında yer alan yeganə universitetdir. Xəzər Universiteti Middlesex Universiteti (Birləşmiş Krallıq), Dublin Texnologiya İnstitutu (İrlandiya), Bielefeld Universiteti (Almaniya), London Metropolitan Universiteti (Birləşmiş Krallıq), Nottingham Trent Universiteti (Birləşmiş Krallıq) və George Mason Universiteti (ABŞ) kimi tanınmış universitetləri ilə bir sırada yer alıb.


Keçmiş Sovet ölkələrindən dörd ölkə – Azərbaycan, Qazaxıstan, Rusiya və Ukrayna hər biri bu siyahıda bir universitetlə təmsil olunub.Türkiyədən bu siyahıya dörd universitet (Bilkent Universiteti, Koç Universiteti, Sabancı Universiteti və Çukurova Universiteti) daxil edilib.


Dünyanın gənc universitetlərin fəaliyyəti bir sıra meyarlar üzrə qiymətləndirilib: elm və təhsil dünyasında nüfuz, işəgötürənlər arasında nüfuz, müəllim-tələbə nisbəti, nəşr etdirdiyi elmi məqalələr və onlara istinad, xarici müəllimlərin nisbəti və xarici tələbələrin nisbəti.

Daha ətraflı məlumatı bu linkdən almaq olar:

//www.topuniversities.com/university-rankings/top-50-under-50/2018

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır