Modern.az

AMİP-dən Aslan İsmayılova sərt CAVAB: “Cəsarəti çatırsa, o çıxışlarını mətbuata versin” - QALMAQAL

AMİP-dən Aslan İsmayılova sərt CAVAB: “Cəsarəti çatırsa, o çıxışlarını mətbuata versin” - QALMAQAL

25 İyul 2017, 12:39

Hüquqşünas Aslan İsmayılov son günlər Azərbaycandakı rusiyapərəst siyasətçilərin aktivləşdiyini bildirib. O, bunun Azərbaycanla Rusiya arasında münasibətlərin kəskinləşməsi fonunda baş verdiyini vurğulayıb. A.İsmayılov  bu sırada eks-baş nazir Surət Hüseynov, keçmiş müdafiə naziri Rəhim Qazıyev, Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) lideri Etibar Məmmədovun adlarını hallandırıb.


Onun bu haqda dediklərinə AMİP-dən cavab gecikməyib. AMİP Siyasi Şurasının üzvü Əli Orucov Modern.az-a açıqlamasında bunları deyib:

 “Aslan İsmayılovun AMİP və onun lideri Etibar Məmmədova olan kini-küdurəti, nifrəti sonda onun özünü boğacaq. Mən onun bu sərsəm, axmaq fikirlərinə cavab verməyə də bilərdim, çünki hər yoldan ötənə daş atmazlar. Lakin belələrinin ağzına vurmasan azğınlaşır. Bu adam Rusiya tərəfindən Azərbaycana xüsusi tapşırıqla göndərilən adamdır və indiyədək də ölkəmizə və millətimizə qarşı işlədilməkdədir. Başqalarını Rusiyapərəstlikdə ittiham edən şəxs Sumqayıt hadisələri zamanı Moskva tərəfindən Azərbaycana ona görə göndərilmişdi ki, dövlət ittihamçısı sifətində günahsız azərbaycanlılara qarşı divan tutsun. Onun xüsusi cənfəşanlığı və səyi nəticəsində hadisələrin baiskarları, cinayətkar ermənilər qaldı qıraqda, suçsuz azərbaycanlılar ən ağır cəzaya, hətta ölümə  məhkum edildilər”.

Əli Orucov bildirib ki,  Aslan İsmayılovun həqiqətən cəsarəti çatırsa, Sumqayıt hadisələri zamanı qurulan məhkəmədə prokuror kimi çıxışlarını, o cümlədən ittiham çıxışını mətbuata versin.

“O zaman onun maskası, əsil eybəcər və məkrli sifəti bir daha görünəcək. O, bu gün də erməniləri müdafiə etməkdədir.

Bu da təsadüfi deyil. Görünən odur ki, ermənilərə məxsus “Emre Piliç” quşçuluq şirkəti ilə əməkdaşlı Aslan İsmayılova qüvvət verib. Onun üçün heç bir fərqi yoxdur...  Belələrinin başqalarını ittiham etməsi bir yana ağzını açmağa belə, haqqı yoxdur...”.

Xatırladaq ki, Aslan İsmayılov sosial şəbəkədə yazıb



“Yadınızdadırsa 2013-cü ilin əvvəllərində yazmışdım ki, Azərbaycanla Rusiya arasında münasibətlər kəskinləşən kimi bir neçə keçmiş «siyasi xadim» dirilir və mətbuatda tirajlanmağa başlayırlar. Həmin dövrdə Rəhim Qazıyevin mətbuatda geniş tirajlanan Prezidentə müraciəti peyda oldu. Elə o dövrdə də Surət Hüseynovun Gəncəyə qayıtması və QHT yaratması söhbəti yayıldı. Etibar Məmmədov da deyəsən AMİP-lə bağlı hansısa tədbirlər keçirdi.
Onda da birinci başlayan R.Qazıyev oldu. İndi də lokomotiv Rəhim Qazıyevdir. Bu günlərdə də onun hamıya müraciəti oldu. Rəhmətlik Əbülfəz Elçibəyi Vətənə xəyanətdə ittiham etdi. Bu gün Facebook səhifələrində Surət Hüseynovun İstanbuldan məşhur iş adamı kimi şəkli paylaşılıb. AXC hakimiyyətində təmsil olunmuşlar, adları çəkilənlərin əməllərini şəxsən mənə danışan siyasi, ictimai məşhurlar isə yenə susurlar, özlərini görməmiş, bilməmiş kimi aparırlar. Deyəndə ki, gözünüz onların qarşısında kölgəlidir, məndən inciyirlər. Gənclər bilməyə, görməyə, başa düşməyə bilərlər. Axı mən bu yaşımda, hər şeyi gözləri ilə görmüş necə susum, özümü qanmaz yerinəmi qoyum?”. 

 

Namidə Bingöl 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əskipara kəndinə getmək istəyən jurnalistlər belə saxlanıldı