Modern.az

Naxçıvan Dövlət Universiteti Tibb fakültəsinin dekanı: “Tibb Universitetindən geri qalmırıq” - MÜSAHİBƏ

Naxçıvan Dövlət Universiteti Tibb fakültəsinin dekanı: “Tibb Universitetindən geri qalmırıq” - MÜSAHİBƏ

25 İyul 2017, 13:41

Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsinin dekanı Elsevər Əsədov Modern.az-ın suallarını cavablandırıb.

 

- Azərbaycanda yeganə Tibb Universitetidir ki, tibb sahəsi üzrə mütəxəssis  kadrlar orada hazırlanır. 1990-cı illərdən sonra bəzi özəl universitetlərdə tibb fakültəsi yaradılsa da, sonradan ləğv edildi. Amma Naxçıvan Dövlət Universitetinin nəzdində tibb fakültəsi fəaliyyət göstərir. Tam olaraq mütəxəssis-kadrların hazırlanması necə həyata keçirilir?

 

- Razıyam. Əvvəllər bir çox özəl universitetlərdə tibb fakültəsi fəaliyyət göstərirdi. Amma Naxçıvan Dövlət Universitetində Tibb fakültəsi 1999-cu ildə ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə yaradılıb. Öncə bir ixtisasla işimizə başladıq. 2011-ci ildən başlayaraq bütün ixtisaslar üzrə mütəxəssis hazırlaya bildik. Hazırladığımız kadrlar təkcə Naxçıvanda deyil, Azərbaycanın əksər yerlərində səhiyyə sistemində həkim kimi çalışırlar. Məsələn, Bakıda Stimul Hospital-ın baş həkimi MEDİLUX Hospitala baş həkim təyin olunub.

 

- Fakültə tam olaraq tibbi avandanlıqlarla təchiz oluna bilibmi? Hər il nə qədər məzun buraxmaq imkanınız olur?

 

- Əlbəttə. Tibbi avadanlıqlarımız olmasa hər il bəlli sayda məzun buraxa bilmərik. Hər il 80-nə yaxın məzun fakültəni bitirir. Bizim fakültədə təhsil sistemi, tibbi avadanlıqlar tələbələrə tibbi biliklərin öyrədilməsi heç də Tibb Universitetindən geri qalmır. Hətta, Tibb Universitetindən müqavilə əsasında bizim fakültəyə gəlib dərs deyən müəllimlər çox razı qalıblar. Çünki  tibb bazamız çox genişdir. Halbuki Naxçıvan Muxtar Respublikasının Səhiyyə Nazirliyinin tabeliyindəki bütün xəstəxanalar tədris bazası gedir. Hər bir xəstəxanada bizim üçün auditoriyalar yaradılıb, elektron lövhələrlə təmin olunub. Eyni zamanda, seminar otaqları və laboratoriyalar yüksək səviyyədədir.

 

- Adətən Tibb Universitetində oxuyan tələbələr rezidenturanı qoşnu ölkələrdə davam etdirir. Uzmanlıq üzrə bilgiləri xarici ölkələrin tibb universitetlərində zənginləşdirirlər. Sizin fakültədə bu necə təşkil edilir?

 

- Tibb Universitetində oxuyan tələbələrdən fərqli olaraq bizim fakültədə oxuyan tələbələrin daha geniş imkanları var. O baxımdan ki, Türkiyənin tibb universitetləri ilə əlaqə qurmağımız daha rahat həyata keçirilir. 2 gün olar ki, Türkiyədən qayıtmışam. 86 nəfərdən ibarət heyətimiz yay istehsalat təcrübələrini Türkiyənin 3 universitetində keçir. Kayseri, Elazığ və Ərzurum Universitetinin xəstəxanalarında keçir.  Bundan başqa orada qalıb istehsalat təcrübəsindən əlavə yay dövrünü davam etdirirlər. Hazırda rezidentlərimizdən də orada qalıb işlərini davam etdirənlər var. Həmin rezidentlərin müqavilələrini bir az da uzatdıq. Ankara Universiteti və İzmir Köçeli Universitetində çoxlu sayda uzmanlarımız var ki, orada çalışırlar.

 

- Tibb fakültəsini bitirən məzunların diplomlarının tanınması məsələsi də maraqlıdır.

 

- Bu da cavab verim ki, diplomlarımız tanınır. Məsələn, Almaniyada tanınır. Hazırda Almaniyada uzmanlıq oxuyan tələbələrimiz və işləyən məzunlarımız var.

 

- Diplomlarınızın tanındığını dediniz. O zaman xarici ölkə vətəndaşları arasında fakültənizdə təhsil almaq üçün müraciət edənlər varmı?

 

-Bu il 8 nəfər xarici tələbəmiz məzun oldu. Ümumilikdə 67 nəfər xarici tələbəmiz var.

 

- Əsasən hansı ölkələrin vətəndaşları  tibb fakültəni seçirlər?

 

- Türkiyədən daha çoxdur. Amma İrandan, Nigeriyadan, Koreyadan məzunlarımız var.  Hətta, bizim burda öz klinikamız da var. Tam olaraq müasir standartlara cavab verir. Azərbaycanda ilk dəfə burda tətbiq olunub. 2 ildir ki, fəaliyyət göstərir. Klinikanın baş həkimi də öz məzunumuzdur. Daha çox rezidentləri bura dəvət edirik. Bizim məzunlar bir çox  əməliyyatları həyata keçirir. Azərbaycanda ən yüksək səviyyədə həyata keçirirlər. Bir çox rayonların cərrahiyyə şöbələrində bizim məzunlar çalışır. Naxçıvanın 7 rayonunda yerləşən bir çox xəstəxanalarında bizim həkimlər çalışır. Bu da bizim fakültənin məzunlarının uğurlarıdır.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi