19 iyun 2018, Çərşənbə
Ana Səhifə - PARLAMENT - BMT-də Azərbaycanla bağlı məsələ müzakirə olundu - "Ermənilərə tutarlı cavab verildi”
BMT-də Azərbaycanla bağlı məsələ müzakirə olundu - "Ermənilərə tutarlı cavab verildi”
25.07.2017, 13:58

İyulun 19-da BMT-nın Nyu-Yorkda yerləşən Baş Qərargahında ECOSOS-un xüsusi sessiyası - Yüksək Səviyyəli Nazirlər İclası (Ministerial meeting) keçirilib. İclasda Azərbaycan nümayəndə heyəti də təmsil olunub. Nümayəndə heyətinə Azərbaycan Baş nazirinin müavini, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri Əli Əhmədov rəhbərlik edib. ​


Modern.az-ın əməkdaşı iclasda hansı məsələlərin müzakirə edildiyini öyrənmək üçün nümayəndə heyətinin üzvü, Milli Məclisin deputatı Məlahət İbrahimqızı ilə əlaqə saxlayıb.


​Deputat bildirib ki, BMT-yə üzv olan 193 ölkə təmsilçisinin iştirak etdiyi bu tədbirdə 44 ölkənin, o cümlədən Azərbaycan Hökumətinin davamlı inkişaf məqsədlərinin həyata keçirilməsi ilə bağlı hesabatı dinlənilib. ​


“İclasda BMT-yə üzv olan 44 ölkənin könüllü hesabatı dinlənildi. 2015-ci ildə BMT-nin Baş Assambleyasında qəbul edimiş "Dünyamızı Dəyişək: Dayanıqlı İnkişaf üçün 2030 Gündəliyində" qətnaməsinə qoşulan ölkələrdə iki il ərzində bu məqsədlər üzrə görülən işlər müzakirə olundu. Bütün məqsədlər sosial-iqtisadi və davamlı inkişafa xidmət edən istiqamətlərdir.
Məlum olduğu kimi, 2015-ci ildə BMT-nin Baş Məclisinin xüsusi iclasında qəbul edilmiş bu Qətnamə 2030-cu ilə qədər olan hədəfləri nəzərdə tutur. Davamlı inkişaf məqsədləri barədə olan bu sənəd 17 məqsəd və 169 hədəfdən ibarətdir. Sözsüz ki, bu sənəddə bütün ölkələrin vəziyyətinə uyğun olaraq konkret prioritetlər var. Təbii ki, hər bir ölkə də özünün prioritetini irəli sürüb.
Azərbaycan 2015-ci ildə bu iclasda yüksək səviyyədə iştirak etmişdi. BMT-nin daxili proseduruna görə, üzv ölkələri müəyyən olunmuş qaydalara və müddətlərə uyğun olaraq, hökumətlər görülən işlərin hesabatını təqdim etməlidir.
Azərbaycan Hökuməti də davamlı inkişaf məqsədlərinin həyata keçirilməsi ilə bağlı BMT-yə könüllü olaraq öz hesabatını təqdim etdi. Bu məqsədlə xüsusi sessiyanın iclasına qədər Azərbaycanın hesabatı öncədən BMT Baş Qərargahına təqdim edilmişdi”.


M.İbrahimqızı bildirib ki, iclasda Azərbaycan Hökumətinin davamlı inkişaf məqsədlərinin həyata keçirilməsi ilə bağlı hesabatını təqdim edən nümayəndə heyətinin rəhbəri Əli Əhmədova protokola uyğun olaraq iştirakçılar tərəfindən müəyyən  suallar da verilib.


“Nümayəndə heyətimizin rəhbərinə ünvanlanan suallarda Azərbaycanın davamlı inkişaf məqsədləri üzrə görülmüş işlərə dair tənqidi xarakterli heç bir məqam yox idi. Əksinə, onlar Azərbaycan Hökumətinin davamlı inkişafla bağlı fəaliyyətini və əldə olunan nailiyyətləri yüksək qiymətləndirərək, Azərbaycan təcrübəsindən faydalanmağı tövsiyə edirdilər. Başqa ölkələrin də bizim təcrübəmizi öyrənməsi ilə bağlı fikirlər səsləndirdilər. Həqiqətən də, BMT-nin ali kürsüsündə Azərbaycanla bağlı belə fikirləri eşitmək çox qürurverici idi.
Azərbaycanda bu sahədə əldə olunan nailiyyətlər BMT-nin ekspertləri tərəfindən də yüksək dəyərləndirildi. Nümayəndə heyətinin rəhbəri Azərbaycanda davamlı inkişaf məqsədləri istiqamətində görülən işlərdən danışarkən, 25 ilə yaxın müddətdə ölkəmizin 20 % ərazisinin Ermənistan ordusu tərəfindən işğal edildiyini, 1 milyondan çox soydaşımızın qaçqın və köçkün vəziyyətinə düşdüyünü, eyni zamanda atəşkəs rejiminə baxmayaraq, bu gün də cəbhəyanı bölgələrə işğalçı rejim tərəfindən maddi və mənəvi ziyan vurulduğunu diqqətə çatdırdı. Qeyd etdi ki, bütün bunlar Dayanıqlı İnkişaf Məqsədləri sahəsində daha çox uğurlar qazanılmasında ciddi əngəllər yaradır və ümumilikdə regiona mənfi təsir göstərir. İşğala son qoyulması həm ölkəmizdə, həm regionda, həm də beynəlxalq məkanda davamlı inkişaf  üşün böyük töhfələr vermiş olardı. Nümayəndə heyətinin rəhbəri həmçinin onu da vurğuladı ki, hesabat verdiyimiz BMT-nin Təhlükəsizlik Şurasının Azərbaycanın işğal olunmuş əraziləri ilə bağlı 4 qətnaməsi mövcuddur. Amma çox təəssüf ki, Ermənistan heç bir beynəlxalq hüquqa riayət etmir və işğal prosesi bu günə qədər də davam edir.
Hesabat verildikdən sonra bir çox ölkələrin nümayəndə heyətinin rəhbəri çıxış edərək, Azərbaycanla əməkdaşlığın və onun təcrübəsindən yararlanmağın vacibliyini bildirdilər.
Ermənistanın BMT-dəki nümayəndəliyinin rəhbəri də sual verdi. O, Azərbaycan nümayəndə heyyətinin rəhbərinin hesabatında Ermənistanın işğalçı adlandırılmasına etirazını bildirdi. Sözsüz ki, BMT-nin işğalçı kimi tanıdığı Ermənistan nümayəndə heyəti təmsilçisinin bu sualı iclas iştirakçılarında gülüş doğurdu.
Baş nazirin müavini Əli Əhmədov sualı cavablandıraraq Ermənistanın heç bir beynəlxalq hüquqa məhəl qoymadığını, işğalçılıq missiyasını bu gün də davam etdirdiyini vurğuladı, bununla da Ermənistanın rəhbərliyinin iç üzünü ifşa etdi. O, bu günlərdə, Füzuli rayonunun Alxanlı kəndində 2 yaşlı Zəhranın və nənəsinin ermənilər tərəfindən vəhşicəsinə qətlə yetirilməsini iştirakçıların diqqətinə çatdırdı. Həmçinin qeyd etdi ki, bu ilk hadisə deyil. Ermənilər dəfələrlə Azərbaycanın mülki əhalisini və yaşayış məskənlərini atəşə tuturlar. Bu kimi hallar heç bir beynəlxalq hüquqa sığmır və bütövlükdə insanlığıa qarşı cinayətdir.

Sonda Əli Əhmədov erməni nümayəndə heyətinin rəhbərinə “işğalçı adından xoşunuz gəlmirsə, işğala son qoyun” dedi. Bu sözlər iclas iştirakçılarında Ermənistan nümayəndə heyətinə qarşı gülüş doğurdu. ​Səfər çərçivəsində bir çox önəmli və yüksək səviyyəli görüşlər də keçirildi. Bütün görüşlərdə ölkəmizdə davamlı inkişafla bağlı əldə olunan uğurlarda Azərbaycan prezidenti cənab İlham Əliyevin xüsusi rolu yüksək qiymətləndirildi.
​Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının rəhbəri Əli Əhmədov qeyd etdi ki, bu istiqamətdə biz çox böyük nailiyyətlər əldə etmişik. Baş nazirin müavini iclasda da bildirdi ki, davamlı inkişaf məqsədləri qəbul ediləndən bir neçə ay sonra ölkə prezidenti İlham Əliyev bu məqsədlərin qarşıya qoymuş olduğu vəzifələri uğurla həyata keçirmək üçün 2017-cı ilin əvvəlində Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının yaradılması haqqında xüsusi fərman imzalayıb.
O, dövlət başçısının bu siyasi qərarını Azərbaycanda 2030-cu ilə qədər prioritet sahələr üzrə qarşıya qoyulan dayanıqlı inkişaf hədəflərinə nail olmaq naminə dünya səviyyəsində bənzəri olmayan bir təşəbbüs kimi qiymətləndirdi. Azərbaycanda belə bir dövlət qurumunun yaradılmasını sessiyada çıxış edən müxtəlif ölkələrin nümayəndə heyətləri də təqdir etdilər”.

 


Mirmahmud KAZIMOĞLU
Xəbərin müəllifi
xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
ABŞ Rusiyanı adekvat cavab verəcəyi ilə hədələyir
19.06.2018, 23:18

ABŞ Rusiyanı adekvat cavab verəcəyi ilə hədələyir

Ağdaşda 17 yaşlı qızı zorla qaçıranlar tutuldu
19.06.2018, 22:57

Ağdaşda 17 yaşlı qızı zorla qaçıranlar tutuldu

Narkotik satışı ilə məşğul olan şəxslər tutuldu
19.06.2018, 22:41

Narkotik satışı ilə məşğul olan şəxslər tutuldu

Ağsuda ər arvadını namaz qılarkən bıçaqladı
19.06.2018, 22:22

Ağsuda ər arvadını namaz qılarkən bıçaqladı

İŞİD liderlərindən biri də məhv edildi
19.06.2018, 22:11

İŞİD liderlərindən biri də məhv edildi

Azərbaycan nefti bahalaşıb
19.06.2018, 21:59

Azərbaycan nefti bahalaşıb

Dünya Çempionatı-2018: Futbol bayramının gözəlləri - FOTOLAR
19.06.2018, 21:46

Dünya Çempionatı-2018: Futbol bayramının gözəlləri - FOTOLAR

Ağsuda 20 yaşlı qız intihar etdi
19.06.2018, 21:29

Ağsuda 20 yaşlı qız intihar etdi

Erməni hərbçilər qəzaya düşdü
19.06.2018, 21:19

Erməni hərbçilər qəzaya düşdü

Dünya Çempionatı-2018: Polşa Seneqal səddini keçə bilmədi - VİDEO
19.06.2018, 21:02

Dünya Çempionatı-2018: Polşa Seneqal səddini keçə bilmədi - VİDEO

Əhəd Abıyev şortikli qızı müdafiə etdi, qeyrət və namusdan DANIŞDI
19.06.2018, 20:39

Əhəd Abıyev şortikli qızı müdafiə etdi, qeyrət və namusdan DANIŞDI

Bir gündə 250 nəfər zəhərləndi: 3 uşaq öldü
19.06.2018, 20:28

Bir gündə 250 nəfər zəhərləndi: 3 uşaq öldü

Mübariz İbrahimovun xatirəsi məzarı başında anıldı - FOTOLAR
19.06.2018, 20:17

Mübariz İbrahimovun xatirəsi məzarı başında anıldı - FOTOLAR

Şəkidə sərnişin avtobusu yük maşınına çırpıldı
19.06.2018, 20:02

Şəkidə sərnişin avtobusu yük maşınına çırpıldı

İmişlidəki zəhərlənmədən yeni XƏBƏR - “7 nəfər reanimasiyadadır, qalanlar evə buraxılıb” - FOTO
19.06.2018, 19:37

İmişlidəki zəhərlənmədən yeni XƏBƏR - “7 nəfər reanimasiyadadır, qalanlar evə buraxılıb” - FOTO

Dünya Çempionatı-2018: Kolumbiya yaponlara uduzdu
19.06.2018, 19:04

Dünya Çempionatı-2018: Kolumbiya yaponlara uduzdu

Nazir zəhərlənən pambıqçıların yanına getdi
19.06.2018, 17:48

Nazir zəhərlənən pambıqçıların yanına getdi

19.06.2018, 17:40

"Qarabağ"ın Çempionlar Liqasındakı rəqibi - Oyunların dəqiq vaxtı məlum oldu - YENİLƏNİB

Çin və Şimali Koreya liderləri görüşdü
19.06.2018, 17:38

Çin və Şimali Koreya liderləri görüşdü

Göyçayda selin dağıtdığı körpü tezliklə istifadəyə veriləcək
19.06.2018, 17:24

Göyçayda selin dağıtdığı körpü tezliklə istifadəyə veriləcək

Bu ölkədə çoxarvadlılıq qanunla qadağan edildi
19.06.2018, 17:17

Bu ölkədə çoxarvadlılıq qanunla qadağan edildi

Əbülfəs Qarayev Özbəkistanın mədəniyyət naziri ilə görüşdü
19.06.2018, 17:07

Əbülfəs Qarayev Özbəkistanın mədəniyyət naziri ilə görüşdü

İtaliyada 60-a yaxın mafioz tutuldu
19.06.2018, 16:55

İtaliyada 60-a yaxın mafioz tutuldu

General Manvelin arvadı da “tuşonka” ilə ələ keçdi
19.06.2018, 16:38

General Manvelin arvadı da “tuşonka” ilə ələ keçdi

Heydər Əliyev Fondunun təqdim etdiyi azərbaycanlı dirijor beynəlxalq müsabiqədə
19.06.2018, 16:16

Heydər Əliyev Fondunun təqdim etdiyi azərbaycanlı dirijor beynəlxalq müsabiqədə

İran XİN başçısı: “Yaxın Şərqdəki 80 nüvə başlığının heç biri İranın deyil”
19.06.2018, 16:04

İran XİN başçısı: “Yaxın Şərqdəki 80 nüvə başlığının heç biri İranın deyil”

Hindistanda 500 min insan faciə ilə üzləşib
19.06.2018, 15:36

Hindistanda 500 min insan faciə ilə üzləşib

Əbülfəs Qarayev İSESCO-nun baş direktoru ilə görüşdü
19.06.2018, 15:30

Əbülfəs Qarayev İSESCO-nun baş direktoru ilə görüşdü

Türkiyə ABŞ-la Rusiyanın arasında qalıb
19.06.2018, 15:20

Türkiyə ABŞ-la Rusiyanın arasında qalıb

Zakir Həsənov yeni hərbi hissənin açılışında - FOTOLAR
19.06.2018, 14:53

Zakir Həsənov yeni hərbi hissənin açılışında - FOTOLAR

Sabah Bakıda hava necə olacaq? - PROQNOZ
19.06.2018, 14:35

Sabah Bakıda hava necə olacaq? - PROQNOZ

Bakıdakı yanğınlarla bağlı nazirlik rəsmi açıqlama verdi
19.06.2018, 14:07

Bakıdakı yanğınlarla bağlı nazirlik rəsmi açıqlama verdi

Deputatın toxunulmazlıq hüququ ləğv edildi
19.06.2018, 13:54

Deputatın toxunulmazlıq hüququ ləğv edildi

İmişlidə 45-dən çox pambıqçı kimyəvi maddədən zəhərlənib - AÇIQLAMA
19.06.2018, 13:42

İmişlidə 45-dən çox pambıqçı kimyəvi maddədən zəhərlənib - AÇIQLAMA

Rusiya parlamentinin spikeri Azərbaycana səfərə gəlir
19.06.2018, 13:20

Rusiya parlamentinin spikeri Azərbaycana səfərə gəlir

ARXİV
SORĞU
Hansı ölkə dünya çempionu olacaq?
Argentina(16.1%)
Braziliya(20.2%)
Almaniya(13.1%)
İngiltərə(5.05%)
Portuqaliya(14.1%)
İspaniya(5.05%)
Fransa(5.05%)
Belçika(1.01%)
Seneqal(3.03%)
Rusiya(17.1%)