Modern.az

Xəzərdən daha bir meyit çıxarıldı  

Xəzərdən daha bir meyit çıxarıldı   

25 İyul 2017, 14:10

Xəzərdə batan şəxsin meyiti sudan çıxarılıb. Modern.az-ın Fövqəladə Hallar Nazirliyinə istinadən verdiyi məlumata görə, iyulun 23-də nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Xəzər rayonunda dənizdə 1 nəfərin batması barədə məlumat daxil olub.

 

FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunmuş və vətəndaşın axtarışlarına başlanılıb.

 

Bu gün 2000-ci il təvəllüdlü İsmayılov İdris Rasim oğlunun cəsədi batdığı yerdən 8-10 kilometr aralıda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?