Modern.az

DİM Kooperasiya Universitetindən təxliyə edilən abituriyentlərə müraciət etdi  

DİM Kooperasiya Universitetindən təxliyə edilən abituriyentlərə müraciət etdi   

25 İyul 2017, 14:35

Dövlət İmtahan Mərkəzi (DİM) Azərbaycan Kooperasiya Universitetində keçirilən qəbul imtahanında iştirak etmiş abituriyentlərə müraciət ünvanlayıb.

DİM-dən Modern.az-a verilən məlumatda bildirilib ki, iyulun 22-də Azərbaycan Kooperasiya Universitetində keçirilən imtahanda iştirak edən və binadan kənarda baş vermiş yanğın hadisəsi ilə əlaqədar təxliyə olunan abituriyentlər iyulun 27-də keçiriləcək yeni imtahan üçün “imtahana buraxılış vərəqəsi”ni çap edə bilərlər.


“İmtahana buraxılış vərəqəsi”ndə yeni imtahanın keçiriləcəyi yer, bina, vaxt  və s. haqqında  məlumatlarla tanış olmaq olar.

Buraxılış vərəqəsi ilə yanaşı abituriyentlərə “Yaddaş kitabçası”ndan çıxarış da təqdim olunur. Burada abituriyentlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır.

Abituriyentlər imtahana özləri ilə şəxsiyyəti təsdiq edən sənədin əsli və “İmtahana buraxılış vərəqəsi”ni gətirməlidirlər. Göstərilən sənədlərdən biri olmadıqda və ya sənədlər arasında uyğunsuzluq olduqda abituriyent imtahana buraxılmayacaq.

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir