Modern.az

Ermənistan təxribata əl atdı - əsgərimiz yaralandı  

Ermənistan təxribata əl atdı - əsgərimiz yaralandı   

25 İyul 2017, 15:20

Tərtər rayonu ərazisində yerləşən qoşunların qarşıdurma xəttində Ermənistan silahlı qüvvələri növbəti dəfə döyüş pilotsuz uçuş aparatından istifadə ediblər.

Bu barədə Modern.az-a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, düşmənin kustar üsulla hazırladığı yandırıcı-partlayıcı vasitə və metal  elementlərlə doldurulmuş qurğunun bölmələrimizin mövqelərinə atılması nəticəsində hərbi qulluqçumuz əsgər Babakişiyev Muraz Kamal oğlu yüngül bədən xəsarətləri alıb.

Hazırda hospitala yerləşdirilən əsgər M.Babakişiyevin həyatı üçün heç bir təhlükə yoxdur.
Təxribatın qarşısının alınması məqsədilə tədbirlər görülür.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir