Modern.az

İtkin düşən abituriyent tapıldı - YENİLƏNİB

İtkin düşən abituriyent tapıldı - YENİLƏNİB

26 İyul 2017, 11:04

İtkin düşən neftçalalı abituriyent tapılıb.

 

APA-nın xəbərinə görə, Bakıda qəbul imtahanında iştirak edəndən sonra itkin düşdüyü bildirilən Neftçala rayon sakini, 2000-ci il təvəllüdlü Əliyev İbrahim Yaşar oğlu evlərinə dönüb.

 

Onun atası Yaşar Əliyevin verdiyi məlumata görə, oğlu Bakıda dostlarının yanında olub, qəbul imtahanlarında az bal topladığı üçün evlərinə dönməyə utandığını bildirib. 


***


Neftçala sakini itkin düşüb. Modern.az APA-ya istinadən xəbər verir ki, Neftçala rayon sakini, 2000-ci il təvəllüdlü Əliyev İbrahim Yaşar oğlu Dövlət İmtahan Mərkəzi tərəfindən iyulun 22-də keçirilən qəbul imtahanında iştirak etmək məqsədilə Bakıya gedib.

Yaxınlarının dediyinə görə, İbrahim Əliyev iyulun 24-ü saat 07:15 radələrində Bakı Beynəlxalq Avtovağzalından mikroavtobusla Neftçalaya yola düşüb. Lakin hələlik məlum olmayan səbəblərdən evə gəlməyib.

İbrahim Əliyevi görənlərdən və ya onun barəsində hər hansı məlumatı olanlardan 050-727-96-16, 055-907-52-69 nömrələri ilə əlaqə saxlayıb xəbər vermələri xahiş olunur.

Faktla bağlı Neftçala rayon Polis İdarəsində araşdırmalar aparılır.



 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub