20 noyabr 2017, Bazar ertəsi
Ana Səhifə - ƏDƏBİYYAT - Ölümü ilə SSRİ rəhbərlərlərinə problem yaradan Vladimir Vısotski - MARAQLI
Ölümü ilə SSRİ rəhbərlərlərinə problem yaradan Vladimir Vısotski - MARAQLI
25.07.2017, 21:41

Onun ölümünü gizlətməyə çalışdılar. Bu Kremlin göstərişi idi. Cəmisi iki qəzetdə “Veçernaya Moskva” və “Sovetskaya Rosiyya”da Vladimir Vısotskinin ölümü ilə bağlı bir cümlə yazıldı... Bir də çalışdığı Taqanka teatrının kassalarına bir elan vuruldu: “Vladimir Vısotski vəfat edib”. Bu elana baxmayaraq bir nəfər də olsun onun növbəti tamaşasına aldığı bileti geri qaytarmadı. İki gündən sonra “Veçernaya Moskva” qəzetinin baş redaktoru işdən azad olundu, digər baş redaktor isə ciddi cəzalandırıldı. Səbəb nə idi? Vladimir Vısotskinin vəfatı elə bir günə (25 iyul 1980-ci il) təsadüf edirdi ki, həmin vaxt SSRİ olimpiada həyəcanını yaşayırdı. Təbii ki, belə bir dövrdə qapalı şəhər elan olunan Moskva bütövlüklə sovet rejiminin nəzarəti altında idi. Və məlum olduğu kimi 1979-cu ildə SSRİ qoşunlarının Əfqanıstanda hərbi əməliyyatlara başlaması səbəbindən 50-dən artıq ölkə Moskva olimpiadasını baykot etmişdi və sözsüz ki, ilk dəfə sosialist ölkəsində keçirilən olimpiya oyunlarında yaşanan ən adi bir problem dünya ictimaiyyətində böyük səs-küyə səbəb olacaqdı. Bu baxımdan Vladimir Vısotskinin dəfni SSRİ rəhbərləri üçün böyük problem yaradırdı. İnsanlar stadionlardan, idman saraylarından Vısotski ilə son görüşə tələsəcəkdirlər. Belə də oldu. Nə DTK, nə də milis Vısotskinin dəfninə gələn on minlərlə insanın qarşısını ala bilmədi. Sadə insanlar, əfsanəvi müğənninin pərəstişkarları stadionların, idman komplekslərinin əvəzinə Vısotski ilə son görüşə tələsdilər. Dəfn böyük bir mitinqi xatırladırdı. Dövlətin icazə vermədiyi, ancaq insanların könüllü axışdığı mitinqə...

Modern.az saytı Vladimir Vısotski haqqında yazını təqdim edir.

Vısotski bu dünyanın adamı deyildi. Özünü dərk edəndən bir fikir rahat buraxmırdı onu – zamanında gəlməmişdi dünyaya. Yaşadığı zamanla barışa bilməyən Vladimir Vısotski zamana öz sözünü deməyi bacardı. Deyə bilməyənlərin əvəzinə də dedi. Dediklərinə görə milyonlarla insan onun pərəstişkarı oldu, onu sevdilər. Bu insan kütlələrinin sayı-hesabı yox idi. Əslində yazdıqlarında, oxuduqlarında həqiqətdən başqa qeyri-adi bir şey yox idi. Qeyri-adi yalnız Vısotskinin cürəti, Vısotskinin iradəsi idi...

Yaradıcılığının hər addımı uğur, şəxsi həyatının hər addımı uğursuzluqla müşayiət olunurdu. Zamanından qisas alırdı. İçkiyə və narkotikə aludəçiliyi onu həyatdan ayırmağa tələsdirirdi. Daha doğrusu Vısotski öz dünyasının sakini olmağa tələsirdi.


Azadlıq onun daxilində idi. Heç nə və heç kim bu azadlığın qarşısını ala bilməzdi. Məqsədli şəkildə tənqid atəşlərinə tutulmasının, xüsusi orqanlar tərəfindən daima nəzarətdə olmasının fərqinə varmırdı Vısotski. O, öz qanunları ilə yaşayırdı. Mövcud rejimdə, bu qadağalar burulğanında fransız xanımı, aktrisa Marina Vladiylə evlənməyi isə ona qarşı təzyiq göztərənlərə ən qəzəbli cavabı idi. Həm də Vısotski yaxşı bilirdi ki, onun ilk lent yazılarına bağlı qapılar arxasında sovet çinovnikləri böyük həvəslə qulaq asırlar.

Vladimir Vısotski kino yaradıcılığında da öz sözünü demiş aktyorlardan idi. “Qısa görüşlər”, “Vertikal”, “Tayqanın sahibi”, “İki dost xidmət edirdi”, “Yeganə yol”, “Pis yaxşı adam”, “Sannikov torpağı”, “Çar Pyotrun Arapı evləndirməsi haqda nağıl”, “Mister Mak-Kinlinin qaçışı”, “Görüş yerini dəyişmək olmaz” filmlərində çəkilmişdi.

Vladimir Vısotski yaradıcılığının gücü onda idi ki, o həm düşündürürdü, həm də əyləndirərək müsiqi zövqü bəxş edirdi. Repertuarının zənginliyindən asılı olmayaraq yaratdığı bütün əsərlərdə dərin hikmət və məntiq var idi. Bütün oxuduqlarının sonluğu isə eyni notla bitirdi - ədələt, haqsızlıqları törədənlərə sərt etiraz və haqqa çağırış. Bu çağırışın nəticəsi idi ki, Vısotskinin dinləyici auditoriyası təkcə SSRİ məkanı ilə məhdudlaşmırdı, Sovetlər birliyinin hüdudlarından çox-çox uzaqlarda da onu sevə-sevə dinləyidilər.


Cəmi 42 il yaşadı. Bu 42 ildə dillər əzbəri olan 800-dən artıq mahnının müəllifi oldu. Ölümü ilə həyatının bir çox sirlərini və müəmmalarını da özü ilə apardı. Onun vəfatı haqqında qəzetlərdə heç nekroloq da yazılmadı.

İnsanlar onu son mənzilə göz yaşlarıyla və onun bəstələdiyi mahnılarla yola salırdılar. Ancaq bu dəfə Vladimir Vısotskinin ifasında yox, Vısotski sevgisini qəlblərində yaşadan minlərlə pərastişkarın ifasında.


İlham Cəmiloğlu

 


İlham Cəmiloğlu
Xəbərin müəllifi
xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku
Ağahüseyn Əzizov
26.07.2017, 01:56

Təşəkkürlər, İlham müəllim. Belə bir İnsanı andığınız üçün...

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Azərbaycan ordusu döyüşə hazır vəziyyətdə - FOTOLAR
20.11.2017, 17:40

Azərbaycan ordusu döyüşə hazır vəziyyətdə - FOTOLAR

Bakı Dövlət Universitetinin professoru vəfat edib
20.11.2017, 17:26

Bakı Dövlət Universitetinin professoru vəfat edib

Dollar sabah neçəyə satılacaq? - MƏZƏNNƏ
20.11.2017, 17:19

Dollar sabah neçəyə satılacaq? - MƏZƏNNƏ

“Azərbaycan bu sahədə ilk yerləri tutur” – Avropa İttifaqının səfiri
20.11.2017, 16:57

“Azərbaycan bu sahədə ilk yerləri tutur” – Avropa İttifaqının səfiri

Şadlıq sarayları toy menyularının qiymətini dəyişir? - Restoranlardan AÇIQLAMA   
20.11.2017, 16:54

Şadlıq sarayları toy menyularının qiymətini dəyişir? - Restoranlardan AÇIQLAMA  

Bakıda xərçəngdən əziyyət çəkən jurnalist üçün aksiya  
20.11.2017, 16:42

Bakıda xərçəngdən əziyyət çəkən jurnalist üçün aksiya  

Erməni hüquq müdafiəçisi Sarkisyanı qudası ilə İFŞA ETDİ
20.11.2017, 16:29

Erməni hüquq müdafiəçisi Sarkisyanı qudası ilə İFŞA ETDİ

“Kəlbəcər: ömrüm, həyatım” - FOTOLAR           
20.11.2017, 16:24

“Kəlbəcər: ömrüm, həyatım” - FOTOLAR           

“Azərbaycandan neft, qaz almaq istəyirik” – Polşalı rəsmi
20.11.2017, 16:17

“Azərbaycandan neft, qaz almaq istəyirik” – Polşalı rəsmi

Qadını bıçaqlayıb, soyan qohumu yaxalandı
20.11.2017, 16:16

Qadını bıçaqlayıb, soyan qohumu yaxalandı

Merkeli istefaya çağırdılar
20.11.2017, 16:01

Merkeli istefaya çağırdılar

Cocuq Mərcanlıda “Azərsu”yun  xidmət binasına baxış keçirildi
20.11.2017, 15:49

Cocuq Mərcanlıda “Azərsu”yun  xidmət binasına baxış keçirildi

Əli Həsənov Brüsseldəki Qarabağ Forumunda: “Bu cür mövqe ilə razılaşmaq mümkün deyil”   
20.11.2017, 15:48

Əli Həsənov Brüsseldəki Qarabağ Forumunda: “Bu cür mövqe ilə razılaşmaq mümkün deyil  

ADU-nun professorunun rəyi Çin mətbuatında
20.11.2017, 15:46

ADU-nun professorunun rəyi Çin mətbuatında

Sabah Azərbaycanda toz dumanı olacaq
20.11.2017, 15:42

Sabah Azərbaycanda toz dumanı olacaq

Əhliman Əmiraslanov AMEA-da  ümumi yığıncaq keçirdi
20.11.2017, 15:27

Əhliman Əmiraslanov AMEA-da  ümumi yığıncaq keçirdi

Meriya süpürgəçilərin həyatını təhlükəyə atır - elə sürücülərin də...
20.11.2017, 15:15

Meriya süpürgəçilərin həyatını təhlükəyə atır - elə sürücülərin də...

Azərbaycan Avstraliyadakı Beynəlxalq milli  mətbəx festivalında- ilk dəfə
20.11.2017, 15:13

Azərbaycan Avstraliyadakı Beynəlxalq milli  mətbəx festivalında- ilk dəfə

Barama Lissabon veb-sammitində
20.11.2017, 15:08

Barama Lissabon veb-sammitində

İmtahanlara hazırlaşanlara yeni XƏBƏR: qəbul proqramları təsdiqləndi   
20.11.2017, 15:00

İmtahanlara hazırlaşanlara yeni XƏBƏR: qəbul proqramları təsdiqləndi  

Həbsdəki müstəntiq ata oldu
20.11.2017, 14:59

Həbsdəki müstəntiq ata oldu

Prezident nəhayət İSTEFA VERDİ
20.11.2017, 14:57

Prezident nəhayət İSTEFA VERDİ

“Qarabağ” - “Çelsi” oyununun hakimləri bəlli oldu   
20.11.2017, 14:55

“Qarabağ” - “Çelsi” oyununun hakimləri bəlli oldu  

Məmmədyarov - Lavrov görüşünün DETALLARI   
20.11.2017, 14:30

Məmmədyarov - Lavrov görüşünün DETALLARI  

“Kəpəz”in yeni baş məşqçici - Yunis Hüseynov   
20.11.2017, 14:27

“Kəpəz”in yeni baş məşqçici - Yunis Hüseynov  

Makedoniyalı siyasətçi: “Partiya olaraq Qarabağ məsələsi diqqətimizdə olacaq”    
20.11.2017, 14:21

Makedoniyalı siyasətçi: “Partiya olaraq Qarabağ məsələsi diqqətimizdə olacaq”  

Gənclər təşkilatı “Qarabağ Regional Uşaq Forumu” keçirdi
20.11.2017, 14:20

Gənclər təşkilatı “Qarabağ Regional Uşaq Forumu” keçirdi

Əli Həsənov Brüsseldə Qarabağ məsələsini qaldırdı
20.11.2017, 14:15

Əli Həsənov Brüsseldə Qarabağ məsələsini qaldırdı

20 noyabr – Qarakəndin qara qorxusu...
20.11.2017, 14:10

20 noyabr – Qarakəndin qara qorxusu...

MAXE olmaq istəyənlərin nəzərinə: Müdafiə Nazirliyindən ELAN
20.11.2017, 13:56

MAXE olmaq istəyənlərin nəzərinə: Müdafiə Nazirliyindən ELAN

“İrəli” sədri: “Azərbaycanda gənclərin çoxu fürsətcildir” – MÜSAHİBƏ
20.11.2017, 13:53

“İrəli” sədri: “Azərbaycanda gənclərin çoxu fürsətcildir” – MÜSAHİBƏ

Bakıda idmançı qızı öldürən sürücüyə 7.5 il həbs verildi - VİDEO
20.11.2017, 13:39

Bakıda idmançı qızı öldürən sürücüyə 7.5 il həbs verildi - VİDEO

“Həll yollarını axtarmaq lazımdır” – Məmmədyarovdan MESAJ
20.11.2017, 13:37

“Həll yollarını axtarmaq lazımdır” – Məmmədyarovdan MESAJ

Lavrov: “Rusiya Qarabağ münaqişəsinin həlli istiqamətində çalışacaq”
20.11.2017, 13:34

Lavrov: “Rusiya Qarabağ münaqişəsinin həlli istiqamətində çalışacaq”

Həmkəndlisinin evini qarət edən şəxslər saxlanıldı
20.11.2017, 13:34

Həmkəndlisinin evini qarət edən şəxslər saxlanıldı

ARXİV