Modern.az

Məzunlara «Gənc lider» diplomu veriləcək

Məzunlara «Gənc lider» diplomu veriləcək

16 Noyabr 2009, 10:15

«Gənc Liderlər» Uşaq və Gənclər Təşkilatının(UGT) təşəbbüsü ilə iki ay davam edən «Liderlik məktəbi» layihəsi başa çatıb. Bu barədə məlümatı təşkilatın sədri Fərid Şahbazlı verib. Onun sözlərinə görə, layihədə ümumilikdə 10 məktəb və 6 universiteti təmsil edən 45 məktəbli və tələbə iştirak edib.  Layihənin icrası zamanı gəncələrə lilerlik fəlsəfəsi, liderliyin xalqın həyatında rolu və digər xüsusiyyyətləri ilə bağlı biliklər verilib.

«Liderlik məktəbi»ndə millət vəkillərindən Aydın Mirzəzadə, Nazim Məmmədov, Zahid Oruc, dövlət məmurlarından Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri Akif Əli, ədəbiyyat və QHT nümayəndələrindən Aydın Xan, media nümayəndələrindən isə «Xalq Cəbhəsi» qəzetinin baş redaktoru Elçin Mirzəbəyli və «Şərq» qəzetinin baş redaktoru Akif Aşırlı ilə görüş keçirilib.

F.Şahbazlının sözlərinə görə, layihə iştirakçılarına ictimaiyyət nümayəndələrinin iştirakı ilə «Gənc lider» diplomu veriləcək. Yanvar ayından «Liderlik Məktəbi»nin ikici mərhələsinin həyata keçirilməsi planlaşdırılır.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı