Modern.az

Bakıda YANĞIN: 3 nəfər xilas edildi, 20 nəfər təxliyə olundu  

Bakıda YANĞIN: 3 nəfər xilas edildi, 20 nəfər təxliyə olundu   

26 İyul 2017, 09:28

Bakıdakı yaşayış binalarından birində yanğın olub. Modern.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, yanğın Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasında baş verib. Nəticədə binanın  şaxtasından (10-cu mərtəbədən 11-ci mərtəbəyə qədər) keçən elektrik kabelləri 10 p.m  yanıb. Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 3 nəfər bina sakini xilas, 20 nəfər təhlükəsiz əraziyə təxliyə olunub və 3 nəfərə Təcili Tibbi Yardım Xidməti tərəfindən ilkin tibbi yardım göstərilib. Mənzillər yanğından mühafizə olunub.  

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?