Modern.az

Şəmkirdə ananın iki azyaşlı övladı ilə birgə intihar etdiyi təsdiqləndi - TƏFƏRRÜAT  

Şəmkirdə ananın iki azyaşlı övladı ilə birgə intihar etdiyi təsdiqləndi - TƏFƏRRÜAT  

26 İyul 2017, 10:11

Şəmkirin Zəyəm qəsəbəsində baş verən dəhşətli hadisənin intihar olduğu dəqiqləşib. Şəmkir rayon Prokurorluğundan Modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, intihar edən qadın 1992-ci il təvəllüdlü Mahmudova Pərvanə İlqar qızı və onun iki azyaşlı uşağı - 21.09.2014-cı il təvəllüdlü Mahmudov Sənan Nəsrəddin oğlu və 21.10.2016-cı il təvəllüdlü Mahmudova Səma Nəsrəddin qızıdır.

Məlumata görə, Mahmudova Pərvanə İlqar qızı həyat yoldaşı -1989-cu il təvəllüdlü Mahmudov Nəsrəddin Fəzail oğluilə birlikdə ərinin bibisi, 13.12.1960-cı il təvəllüdlü Mahmudova Dursun Nəsrəddin qızına məxsus Şəmkir rayonun Zəyəm qəsəbəsi, Xətai küçəsi 5 N-li evdə yaşayıb.


İyulun 25-də saat 20 radələrində Dursun Mahmudova ilə aralarında məişət zəminində sözlü mübahisə etdikdən sonra Pərvanə Mahmudova iki azyaşlı uşağını götürüb, həmin qəsəbədə yaşayan atası evinə getmək adı ilə evdən çıxıb. O, bu zaman atası evinə deyil, dəmiryolunun Qovlar-Zəyəm mənzilinin 134-cü kilometrliyinə gəlib. Daha sonra iki azyaşlı uşağının əllərindən tutaraq, onları da özü ilə birlikdə Böyük Kəsik-Bakı istiqamətində hərəkətdə olan sərnişin qatarının altına atıb.


Nəticədə hər üçü müxtəlif dərəcəli bədən xəsarətləri alaraq, hadisə yerində ölüb.


Böyük Kəsik-Bakı istiqamətində hərəkətdə olan sərnişin qatarının maşinisti, 1973-cü il təvəllüdlü Əhmədov Şəmistan Kərim oğlu və maşinist köməkçisi 1963-cü il təvəllüdlü Əliyev Əlnəşir Qulu oğlu şifahi izahat veriblər. Onlar bildiriblər ki, bir nəfər qadın iki azyaşlı uşağın əlindən tutaraq özlərini təxminən 8-10 metr məsafədən qatarın altına atıblar. Maşinistlər dərhal əyləc sistemini işə salaraq qatarı dayandırıblar və amma həmin qadının və iki azyaşlı uşağın öldüyünü müəyyən ediblər.

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər