Modern.az

Mediadan qaçan mətbuat katiblərinin adları elan olunacaq  

Mediadan qaçan mətbuat katiblərinin adları elan olunacaq  

Aktual

26 İyul 2017, 12:06

“Parlament Jurnalistləri Birliyi (PJB) mediaya qapalı olan, açıqlama verməyən, KİV nümayəndələrindən uzaq duran mətbuat xidməti rəhbərlərinin müəyyənləşdirilməsi üçün jurnalistlər arasında sorğu keçirəcək. Sorğu nəticəsində onların adı dəqiqləşdiriləcək”.

 

Modern.az xəbər verir ki, bu barədə PJB sədri Elşad Eyvazlı məlumat verib. O qeyd edib ki, son zamanlar bəzi mətbuat xidməti rəhbərlərinin mediadan qaçdıqları və jurnalistlərin onlara ünvanladıqları suallara cavab vermədikləri özünün açıq şəkildə büruzə verir.


“Bu məqsədlə Parlament Jurnalistləri Birliyinin üzləri toplaşaraq qərar veriblər ki, ümumən jurnalistlər arasında sorğu keçirilsin və mətbuata qapalı mətbuat xidməti rəhbərlərinin adları qeyd olunsun. Soruğunun nəticələri cəmiyyətə açıqlanacaq”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir