Modern.az

Jurnalist Ağa Cəfərliyə ADU-da vəzifə verildi  

Jurnalist Ağa Cəfərliyə ADU-da vəzifə verildi   

26 İyul 2017, 13:30

Tanınmış jurnalist Ağa Cəfərli Azərbaycan Dillər Universitetinin (ADU) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsinə təyin olunub.

Modern.az saytı xəbər verir ki, bununla bağlı universitetin rektoru Kamal Abdulla əmr imzalayıb.

İndiyədək Dillər Universitetinin (ADU) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsində çalışan Şəfaqət Kazımova isə başqa vəzifəyə keçirilib.

Universitetin İnformasiya departamentindən Modern.az-a bildirilib ki, Ağa Cəfərlinin təyinatından sonra Şəfaqət Kazımova Protokol şöbəsinə keçirilib.

Qeyd edək ki, Ağa Cəfərli bundan əvvəl Azərbaycan Yaradıcılıq Fondunun mətbuat katibi vəzifəsində işləyib.

Xəbəri təsdiqləyən Ağa Cəfərli “etimada görə dəyərli yazçımız, akademik Kamal Abdullaya xüsusi təşəkkürlər. Ümid edirəm ki, etimadı doğruldacağam”, deyə bildirib. 


Qeyd edək ki, ADU-da İctimaiyyətlə əlaqələr şöbəsi İnformasiya departamentinə tabedir. Həmin departamentin rəhbəri isə jurnalist Araz Ağayevdir.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi