Modern.az

Başqırd alim Molla Pənah Vaqifin şerlərini tərcümə edib

Başqırd alim Molla Pənah Vaqifin şerlərini tərcümə edib

26 İyul 2017, 14:02

Molla Pənah Vaqifin şerlərini türk dünyasının tanınmış türkoloq alimi, tarix elmləri doktoru  Əhəd Salihov tərcümə edərək, Başqırdıstanın dövlət qəzetində dərc etdirib.
Modern.az-ın məlumatına görə, “Başkortostan” qəzeti bu il özünün 100 illik yubileyini qeyd edir. Əhəd Salihov Molla Pənah Vaqifin şerləri və həyatl haqqında yazdığı giriş sözündə Qarabağın tarixi Azərbaycan torpaqları olduğunu, Qarabağ xanlıqlarından və bəylərindən, Şuşa qalasından söhbət açıb. Şuşa qalasını Cavanşir bəyin inşa etddiyini də diqqətə çatdırıb. Məqalədə həmçinin Səməd Vurğunun “Vaqif” dramından da söhbət açılır.

Molal Pənah Vaqifin Əhəd Salihovun tərcüməsindəki şeirləri ruhumuzun, kökümüzün, yurdumuzun bir birinə nə qədər yaxın və bağlı olduğuna bir misaldır.  Türk dünyasının klassiki Molla Pənah Vaqifin irsini öyrənib təqdir edən alim Əhəd Salihov deyir ki, Azərbaycan ədəbiyyatı ona çox doğma və yaxındır. Gələcəkdə də ədəbiyyatımızın gözəl nümunləri ilə  başqırd oxucuları tanış etmək fikrindədir.

//bashgazet.ru/kultura-i-literatura/27107-uyp-mulla-pna-bulmay.html  

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əliyev Putinlə görüşə gedir