Modern.az

Bakıdan şəxsi maşını ilə Həccə getmək istəyənlər kimlərdir...  

Bakıdan şəxsi maşını ilə Həccə getmək istəyənlər kimlərdir...   

26 İyul 2017, 14:22

Azərbaycandan Həcc ziyarətinə ilk zəvvar qrupu avqustun 24-də, növbəti qruplar isə avqustun 25-26-da yola düşəcək. Zəvvarların qayıdışı sentyabrın 12-si, 13-ü və 14-nə nəzərdə tutulub.

Bəs ümumilikdə devalvasiya səbəbindən zəvvarların sayında əvvəlki illərlə müqayisədə azalma müşahidə olunurmu?

Həcc ziyarətinə yollanmaq istəyən zəvvarların şəxsi avtomobildən istifadə etməsinə icazə varmı?


Bu arada belə məlumat yayılıb ki, Azərbaycandan olan bir neçə zəvvar şəxsi maşını ilə Həccə getmək istədiyini QMİ-yə bildirib. Amma müsbət cavab almayıb...

Qafqaz Müsəlmanları İdarəsinin nümayəndəsi, Məşədi Dadaş məscidinin imam-camaatı Hacı Şahin Həsənli Modern.az-a açıqlamasında deyib ki, builki zəvvarlar arasında azalma müşahidə olunmur.

“Bu ilki Həcc ziyarətinə yollanmaq istəyən zəvvarların sayında azalma yoxdur. Əksinə, Həcc ziyarətinə yollanmaq üçün çoxlu sayda insan yazılmışdı. Azərbaycandan Həcc ziyarətinə getmək üçün ayrılmış 600 nəfərlik  kvota tam dolub. Ötən illərlə nisbətdə, bu il zəvvarlar arasında Hacı olmaq istəyənlər daha çoxdur”.


QMİ rəsmisinin sözlərinə görə, bu il də ziyarətə ancaq təyyarə ilə gediləcək.


“Həcc ziyarətinə adətən qrup halında səyahət nəzərdə tutulur. Əvvəllər avtobusla da Həcc ziyarətinə yollanmaq mümkün olub. Bu il isə avtobusla Həcc ziyarətinə yollanmaq yoxdur. Ancaq təyyarə ilə Həcc ziyarətinə getmək olar. Əvvəllər avtobuslarla Həccə yollanan zəvvarlar mütləq şəkildə İraq və Suriya ərazisindən keçməli olurdular. İndiki halda isə həmin ölkələrdə vəziyyət mürəkkəbdir. Avtobusla, ya da şəxsi maşınla Həcc ziyarətinə getmək mümkün deyil. Avtobuslarla Həccə getməyə ziyarət təşkil olunmayıb.

Qaldı ki, avtomobillə ziyarət etməyə, bu mümkün deyil. Çünki zəvvarların təhlükəsizliyi daha çox qorunur. Həm təhlükəsizlik, həm də təşkilatı məsələlər baxımından buna imkan verilmir. Ancaq qrup halında təyyarələrlə Həcc ziyarətinə getmək olur”. 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu