Modern.az

Dünya Azərbaycanlıları Assambleyasında vəzifə alan xanım: “İşləri Azərbaycandan icra edəcəm”

Dünya Azərbaycanlıları Assambleyasında vəzifə alan xanım: “İşləri Azərbaycandan icra edəcəm”

26 İyul 2017, 15:08

Dünya Azərbaycanlıları Assambleyasının tərkibində insan haqları, layihə menecmenti və beynəlxalq əməkdaşlıq komitəsi yaradılıb.

 

Qurum rəhbərinin qərarı ilə Günay Həsənova yeni komitənin rəhbəri  təyin olunub. G.Həsənova təyinatı ilə bağlı təəssüratlarını Modern.az-la bölüşüb.

O, təyinatdan sonra Azərbaycanı tərk etməyəcəyini vurğulayıb:


“Mən hazırda Azərbaycandayam, deputat Cavanşir Feyziyevin köməkçisiyəm. Rəşad bəyin təklifilə bu vəzifəyə təyin olundum. Amma razılaşmamıza görə, mən üzərimə düşən öhdəlikləri Azərbaycandan icra edəcəyəm. Bəzi işlərimiz mən işimlə əlaqədar xaricə gedən zaman həyata keçiriləcək”.

 

Komitə rəhbəri qeyd edib ki, hazırda başqa bir ölkəyə köçmək planı yoxdur.

 

Günay Həsənova BDU-nun beynəlxalq iqtisadi münasibətlər (bakalavr), ADA Universiteti beynəlxalq münasibətlər (magistratura) bölümünü bitirib, bir müddət AzerNews Agentliyində, Avropa İttifaqının Azərbaycan təmsilçiliyində, Milli Məclisdə müxtəlif vəzifələrdə işləyib. Hazırda isə Milli Məclisin deputatı Cavanşir Feyziyevin köməkçisidir. 

İngilis, rus, türk, ispan dillərini bilir.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir