Modern.az

Ölümsüz meduzalar– onlar yenidən CAVANLAŞIRLAR

Ölümsüz meduzalar– onlar yenidən CAVANLAŞIRLAR

Mədəni̇yyət

26 İyul 2017, 15:34

Bu növ meduzalar, "bioloji olaraq ölümsüz canlılar" kateqoriyasında yer almaqdadır. Bu kateqoriyadakı canlılar, fiziki bir şiddətə məruz qalmadıqları müddətcə əsla ölməzlər və texniki olaraq soylarını sonsuza qədər davam etdirərlər!

Bu baxımdan olduqca maraqlı canlıdır. Əvvəlcə ümumi meduzaların yaşam formasına nəzər yetirək.

 

Ölümsüz Turritopsis dohrnii meduzası da daxil olmaqla meduzalar şöbəsinin həyatı 2 əsas mərhələdən ibarətdir: polip mərhələsi və meduza mərhələsi. Polip mərhələdə meduzalar, heyvandan çox bir bitkini xatırladarlar ...

Su dibində, özlərini bir "kök" ilə sabitləşdirərək, fiziki olaraq yer dəyişdirmədən yaşayarlar. Tutunduqları yerdən, sabit bir şəkildə, ağızları ilə ovlanarlar və bu şəkildə yaşayarlar.

Polip mərhələdə meduzalar qeyri-cinsi yolla törəyərlər. Yəni bədənlərinin bir qisimindən özlərinin bir parçası ayrılır, daha sonra isə o parçadan bir bütün formalaşır.

 

Polip mərhələdən sonra bu canlılar yetkin meduza dövrünə keçərlər. Yəni böyüyərək bildiyimiz "çətir" formasını alarlar. Həmçinin , bir yerə bağlı qalmayaraq istədikləri kimi hərəkət edərlər. Meduza dövründə artıq cinsi yolla çoxalma baş verər və meduzalar müəyyən vaxt ərzində yaşayıb daha sonra eyni insanlar kimi ölərlər. Ancaq, Turritopsis dohrnii meduzası istisnadır !

 

Digər bütün meduzalardan fərqli olaraq bu cür, Turritopsis dohrnii meduzası Meduza dövrünə çatıb digər meduzalar kimi ölmək əvəzinə yenidən polip mərhələsinə geri dönərək ölümdən yan keçə bilirlər. Bu sayədə, yaşlanma nəticəsində ölüm reallaşmaz və bir fərd, davamlı olaraq, yaşlanıb ölmək yerinə özünü bala (polip) hala çevirərək həyatını davam etdirər. Bunu, 80 yaşına gələn bir insanın özünü 20 yaşına geri qaytarma bacarığı kimi xəyal edə bilərsiniz!

 

Laboratoriya araşdırmaları, var olan bütünTurritopsis dohrnii fərdlərinin istisnasız olaraq polip (bala) mərhələyə dönmə qabiliyyətlərinin olduğunu göstərib. Yəni bu, təsadüfi meydana gələn bir vəziyyət deyil. Hələlik bilindiyi qədəri ilə daha erkən bir inkişaf mərhələsinə dönə bilmə bacarığı, bütün heyvanlar aləmi içərisində yalnız Turritopsis dohrnii adlı meduza növünün edə bildiyi bir davranışdır.

 

Gələcəkdə bu heyvanın genetik quruluşu araşdırılaraq, bir çox sintetik kimyəvi maddə istehsal edilərək yaşlılıq ilə çox daha müvəffəqiyyətli bir şəkildə mübarizə aparmaq mümkün ola bilər.

 

Taryel Abdullayev 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub