Modern.az

Zəhra qətlə yetirilən yerdə abidə qoyulsun! - TƏKLİF  

Zəhra qətlə yetirilən yerdə abidə qoyulsun! - TƏKLİF   

26 İyul 2017, 16:03

1994-cü ildən atəşkəs rejimi elan olunmasına baxmayaraq, ermənilərin Azərbaycanda uşaqları qətlə yetirilməsi faktları qeydə alınmaqda davam edir. Ötən dövrdə 32 uşaq erməni terrorunun qurbanı olub. Onlardan 13-ü həlak olub, 19-u isə müxtəlif dərəcəli xəsarətlər alıb.

Bu il iyulun 4-də həmin uşaqların sırasına daha biri əlavə olundu. Həmin gün Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Füzuli rayonun Alxanlı kəndinin mülki əhalisini atəşə tutması nəticəsində 1967-ci il təvəllüdlü Sahibə Quliyeva və onun 18 aylıq nəvəsi Zəhra Quliyeva qətlə yetirildi.

Avqustun 13-də balaca Zəhra və nənəsi Sahibə Quliyevanın 40 mərasimi keçiriləcək.


Modern.az saytı 2 yaşlı Zəhranın qətlə yetirildiyi yerdə həmin günün dəhşətini əks etdirən simvolik bir abidənun qoyulmasını təklif edir. Qoy, Azərbaycana gələn xarici qonaqlar, bütün beynəlxalq təşkilatların nümayəndələri körpə Zəhra və onun timsalında uşaq qətliamından xəbərdar olsunlar. Dünya ictimaiyyəti Azərbaycanda neçə-neçə uşağın qanına qəltan edildiyi barədə məlumatlansın.

Füzuli rayon İcra Hakimiyyətindən də bu təklifimizə biganə qalmamağı xahiş edirik...

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi