Modern.az

ABŞ-da 91 yaşlı qadın gözəllik kraliçası seçilib

ABŞ-da 91 yaşlı qadın gözəllik kraliçası seçilib

26 İyul 2017, 16:45

ABŞ-ın 91 yaşlı sakini Kristina Farley gözəllik kraliçası seçilib.

Modern.az xarici KİV-lərə istinadən xəbər verir ki, Kristina Farley yaşlıların qatıldığı “Ms Connecticut Senior America” adlı müsabiqədə iştirak edib və qalib gəlib.

K.Farley bildirib ki, insanlar 60 yaşından sonra həyatın bitdiyini düşünür, amma bu, doğru deyil. O qeyd edib ki, belə müsabiqələrin ən yaxşı cəhəti insanlara müsbət təsir göstərməsidir.

Bu cür yarışlar həyatı sevmək üçün onlara bir daha fürsət verir.

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir