Modern.az

Elm Fondu qrant qaliblərinin adlarını açıqlamağa hazırlaşır

Elm Fondu qrant qaliblərinin adlarını açıqlamağa hazırlaşır

Mədəni̇yyət

17 May 2011, 15:10

Prezident yanında Elmin İnkişafı Fondu 2011-ci ilin 1-ci müsabiqəsinin nəticələrini açıqlamağa hazırlaşır. Bu barədə Modern.az-a Fondan məlumat veriblər. Məlumatda qeyd edilib ki, müsabiqənin nəticələri yaxın bir neçə gün ərzində açıqlanacaq.
Qrant müsabiqəsinin əsas məqsədi elmi qurumların fəaliyyətini stimullaşdırmaq və ölkədə elmin inkişafına nail olmaqdır. Layihələrin maliyyələşdirilməsi zamanı ölkədə elmi tədbirlərin keçirilməsi, bu sahədə xarici əməkdaşlıq, qısa müddətli təcrübə proqramlarının dəstəklənməsi də nəzərdə tutulub. Müsabiqədə ayrı-ayrı qurumlar, elmi yaradıcılıq kollektivləri, alimlər, mütəxəssislər və digər fiziki şəxslər iştirak edə bilər.

 

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir