20 iyul 2018, Cümə
Ana Səhifə - MƏDƏNİYYƏT - İlhamə Quliyeva niyə unuduldu... - Küsülü qaldığı sənətçilər danışdılar: “Nə etdisə, özünə etdi”  
İlhamə Quliyeva niyə unuduldu... - Küsülü qaldığı sənətçilər danışdılar: “Nə etdisə, özünə etdi”  
26.07.2017, 17:18

“Bilsən, necə darıxmışam”, “Neylərsən, mənə görə”,  “Kaman ayrılıq nəğməsin çalır”, “Yaşın nə fərqi var ki...” kimi hit mahnılar onun ifasında sevildi və sevilməkdədir. Haqq dünyasına qovuşan ünlü sənətçi bu gün yalnız məlahətli ifasına, səsinə, ürəyə yatımlı mahnılarına görə daha çox xatırlanır.

Əslində, onu hər kəs tanıyırdı. Uşaq da, böyük də... Bəzi nüanslar da vardı ki, onun daha çox tanınmasına yol açırdı. Bir az ədalı davranışı, bir az özündənrazılığı və mənəm-mənəmliyi... Söhbət mərhum xalq artisti İlhamə Quliyevadan gedir. Bu gün nə onun doğum günüdür, nə də dünyasını dəyişdiyi tarix.

Sadəcə, istədik ki, görək, bir vaxtlar sənət dünyasında həm də qalmaqalların mərkəzində qərar tutan, çoxlarının hesablaşmağa məcbur qaldığı, qorxub-çəkindiyi, bir çox sənət adamı ilə küsülü olan və elə küsülü də o dünyadan köçən İlhamə Quliyevanı həmkarları indi necə xatırlayır. Və ümumiyyətlə xatırlayırlarmı?..
 

Sənət dünyasında hər kəslə küsülü olan xalq artistinin nə adı, nə şöhrəti, nə də var-dövləti kimdənsə əskik idi. Hətta kilolarla zinət əşyalarına sahib olduğundan qızılları ilə birgə dəfn edilməsini vəsiyyətnaməsində yazmışdı.

Maraqlıdır,  ölümündən sonra sənət adamları İlhamə Quliyevanı necə xatırlayırlar? İlhamə Quliyeva bir şəxsiyyət kimi niyə unduldu? Bəs, o, sənətkar kimi də unudula bilərmi?..

Modern.az saytı mövzuya İlhamə Quliyevanın ölənədək küsülü qaldığı sənət adamlarından münasibət öyrənməyə çalışıb.

Xalq artisti Flora Kərimova  heç zaman sözünə xəyanət etməyəcəyini deyib:

“Heç vaxt düşündüyümü gizlədib boş yerə insanları tərifləməmişəm. Heç vaxt onun haqqında müsbət düşünmamışam. Bu, nə sağlığında olub, nə də dünyasını dəyişəndən sonra. Riyakar olub yalan danışmaq istəmirəm. Əslində, o, nə etdisə, özünə etdi. Axirətini düşünmədi. Xülya dalınca qaçdı. Ölümündən öncə mənəviyyatını xırdaladı”.

Flora Kərimova İlhamə Quliyevanın sənəti barədə isə bu fikirdədir:

“Onu bir insan, şəxsiyyət  kimi qəbul edə bilmərəm. Amma sənətçi kimi yaxşı müğənni idi. Gözəl ifası vardı. Xasiyyətini oxuduğu mahnılara yoluxdurmasaydı, ondan daha gözəl müğənni olardı”.

 

Xalq artisti Nazpəri Dostəliyeva dünyadan köçən insan barəsində mənfi ifadələr işlətməyin doğru olmadığını düşünür.

“Sualın əvvəlində çox yaxşı bir cümlə işlətdiniz ki, “bilirəm, bu mövzu heç də ürəyinizcə olmayacaq”. Doğru dediniz. Bu həqiqətdir, faktdır. Ürəyimcə olmayan, xoşuma gəlməyən mövzuya münasibət bildirmirəm. İkincisi, dünyasını dəyişmiş insanın ardınca heç bir söz demərəm. Bu, nə şəxsiyyətimə, nə də mənəviyyatıma yaraşan haldır. Bu, mənim seçimimdir. Olduğu kimi də qəbul edin. Heç vaxt dünyasını dəyişən adam barəsində nəsə danışmaram. Sadəcə, bir söz deyərəm. Allah rəhmət eləsin!
Ümumiyyətlə, yaxşı sənətkar hər zaman xalqın qəlbində yaşayır. İstər bəstəkar olsun, istər müğənni, istərsə də başqa sahədə çalışan. Əsas odur ki, cəmiyyətə, millətə yararlı olsun. Sadəcə, insanların hamısı eyni tərbiyədə olmur və eyni məkanda, vaxtda  böyümürlər. Heç kim heç kim üçün nə rəhmət, nə də başqa xoşa gəlməyən söz qazanır. Bunları hər kəs özü üçün qazanır. Dünyadan iki şeyi aparırıq. Ya rəhmət, ya da nifrət. Vəssalam!”.

Əməkdar artist Elza Seyidcahan isə İlhamə Quliyevanı bu gün də sevgiylə xatırladığını deyir:

“İlhamə Quliyevanı uşaqlıqdan lap yaxşı xatırlayıram. Məktəbdə oxuyanda məktəbin yanına xarici və yerli müğənnilərin şəkillərini gətirib satırdılar. İlhamə Quliyevanın da şəkli satılırdı. Həmin şəkillərdən mən də almışdım. Ona o dərəcədə heyran olmuşdum ki, sinif yoldaşlarıma deyirdim ki, İlhamə Quliyeva xalamdır. Uşaqlar da mənə onun barəsində suallar verirdilər. Artıq yuxarı siniflərdə oxuyanda suallara cavab verməyə çətinlik çəkirdim. Ona görə də dedim ki, o, uzaq qohumumuzdur. İllər keçəndən sonra mən də müğənni oldum.
Zeynəb Xanlarova, Flora Kərimova, Elmira Rəhimova İlhamə Quliyeva kimi sənətkarlar sənətdə sözlərini demiş insanlardır. Amma hər sənətkara nəsib olmur ki, həm sənəti, həm də şəxsiyyəti gözəl olsun. Hətta İlhamə Quliyeva ilə iş prosesində çalışmaq mənə nəsib olub. Çoxları onu yemək masasında görüblər. Mən isə iş prosesində onun yaradıcılığını izləmişəm. Xalq artisti olan İlhamə Quliyeva studiyada “Ağ çiçəyim” mahnısını ifa edərkən mənə dedi ki, “xoşuna gəlməsə, yenidən oxuya bilərəm”. Fikirləşdim ki, o boyda sənətkar bu sözü mənə deyir...  Bəziləri olsa deyərdi ki, “əla oxumuşam, qoy qalsın”, amma o soruşdu...
Bütün olanlara baxmayaraq, oxuduğu mahnılar tarixdə qaldı. Təəssüf ki, belə sənətkarların ətrafında mələklər yox, araqarışdıranlar olur. Bəzi insanlar onları uçuruma apara bilirlər. Onu qorumaq da olardı. Demək olardı ki, vaxtını hədər etmə. Boş işlərə baş qoşma. Boş vaxtında ancaq gözəl mahnılar ifa elə. Təəssüf ki, sağlığında bir çox sənətçilərlə gərgin anlar yaşadı”.

Namidə BİNGÖL


Namidə BİNGÖL
Xəbərin müəllifi
xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
İsrail təyyarələri HƏMAS obyektlərini bombaladı
20.07.2018, 21:45

İsrail təyyarələri HƏMAS obyektlərini bombaladı

Bu rayona 6 ayda 22 min 898 turist gəlib
20.07.2018, 21:31

Bu rayona 6 ayda 22 min 898 turist gəlib

Füzulidə taxıl sahəsi yandı
20.07.2018, 21:16

Füzulidə taxıl sahəsi yandı

İlham Əliyevin Fransaya səfəri başa çatıb
20.07.2018, 21:06

İlham Əliyevin Fransaya səfəri başa çatıb

İranın neft anbarında partlayış: 2 ölü   
20.07.2018, 20:54

İranın neft anbarında partlayış: 2 ölü  

Bakıda intihar edən qızın yeni görüntüləri – Video
20.07.2018, 20:40

Bakıda intihar edən qızın yeni görüntüləri – Video

“Azərbaycan mediası özünün inkişaf dövrünü yaşayır” – Əli Həsənov
20.07.2018, 20:27

“Azərbaycan mediası özünün inkişaf dövrünü yaşayır” – Əli Həsənov

Su anbarında batan şəxsin meyiti tapıldı
20.07.2018, 20:14

Su anbarında batan şəxsin meyiti tapıldı

Nazir şikayətləri dinlədi
20.07.2018, 20:01

Nazir şikayətləri dinlədi

İlham Əliyev Emmanuel Makronla Qarabağı müzakirə etdi - YENİLƏNİB
20.07.2018, 19:53

İlham Əliyev Emmanuel Makronla Qarabağı müzakirə etdi - YENİLƏNİB

Tələbələrin köçürülməsi ilə bağlı sənəd qəbulu başa çatıb
20.07.2018, 19:51

Tələbələrin köçürülməsi ilə bağlı sənəd qəbulu başa çatıb

Keçmiş baş məşqçi “Çelsi”ni məhkəməyə verir
20.07.2018, 19:40

Keçmiş baş məşqçi “Çelsi”ni məhkəməyə verir

Şamaxı sakini həmyerlisinin maşınını vurub aşırdı
20.07.2018, 19:27

Şamaxı sakini həmyerlisinin maşınını vurub aşırdı

Erməni çağırışçılar kütləvi dava saldılar
20.07.2018, 19:22

Erməni çağırışçılar kütləvi dava saldılar

“Nar TV” xidmətinə qoşul, pulsuz TV tüner əldə et!
20.07.2018, 19:09

“Nar TV” xidmətinə qoşul, pulsuz TV tüner əldə et!

700 bal toplayan abituriyentlər ilk dəfə DANIŞDILAR
20.07.2018, 19:00

700 bal toplayan abituriyentlər ilk dəfə DANIŞDILAR

Azərbaycan Fransa əlaqələrində pozitiv siqnallar
20.07.2018, 18:49

Azərbaycan Fransa əlaqələrində pozitiv siqnallar

Hacıqabulda qadın qohumunu bıçaqlayan şəxs tutulub
20.07.2018, 18:28

Hacıqabulda qadın qohumunu bıçaqlayan şəxs tutulub

Prezident Belçika Kralını təbrik edib
20.07.2018, 18:15

Prezident Belçika Kralını təbrik edib

Hakerlər 1,5 milyon pasientin məlumatlarını ələ keçirdi
20.07.2018, 18:12

Hakerlər 1,5 milyon pasientin məlumatlarını ələ keçirdi

Bakıda MDB Daxili İşlər Nazirləri Şurasının iclası keçirilib 
20.07.2018, 18:03

Bakıda MDB Daxili İşlər Nazirləri Şurasının iclası keçirilib 

700 bal toplayan abituriyent: “Həyəcandan əllərim əsir, ürəyim döyünür”
20.07.2018, 17:48

700 bal toplayan abituriyent: “Həyəcandan əllərim əsir, ürəyim döyünür”

Ermənistanda xarici diplomatın evi yarıldı
20.07.2018, 17:46

Ermənistanda xarici diplomatın evi yarıldı

Nazir  Qazaxda mədəniyyət müəssisələrinin fəaliyyəti ilə tanış olub
20.07.2018, 17:36

Nazir  Qazaxda mədəniyyət müəssisələrinin fəaliyyəti ilə tanış olub

Təhsil Nazirliyi jurnalistləri mükafatlandırdı
20.07.2018, 17:27

Təhsil Nazirliyi jurnalistləri mükafatlandırdı

15 abituriyent 700 bal topladı - SİYAHI   
20.07.2018, 17:19

15 abituriyent 700 bal topladı - SİYAHI  

Manat və dolların 3 günlük MƏZƏNNƏSİ
20.07.2018, 17:08

Manat və dolların 3 günlük MƏZƏNNƏSİ

“Rusiya Azərbaycanı müharibə etməyə qoymayacaq”
20.07.2018, 16:59

“Rusiya Azərbaycanı müharibə etməyə qoymayacaq”

Türkiyə ilə Hollandiya barışdı
20.07.2018, 16:55

Türkiyə ilə Hollandiya barışdı

Deputatlar Latviyaya gedir
20.07.2018, 16:51

Deputatlar Latviyaya gedir

I və IV qrupların imtahan nəticələri AÇIQLANDI   
20.07.2018, 16:50

I və IV qrupların imtahan nəticələri AÇIQLANDI  

 “Asan İmza” xidmətindən istifadə niyə bahalaşır? - Mobil Operator səbəbi belə İZAH ETDİ   
20.07.2018, 16:32

 “Asan İmza” xidmətindən istifadə niyə bahalaşır? - Mobil Operator səbəbi belə İZAH ETDİ  

Moskva Avropa Birliyi ölkəsinə kəskin etiraz etdi
20.07.2018, 16:21

Moskva Avropa Birliyi ölkəsinə kəskin etiraz etdi

İçkili sərnişinlərin avtobusa girişinə qadağa qoyulub
20.07.2018, 16:20

İçkili sərnişinlərin avtobusa girişinə qadağa qoyulub

“BakuBus” avtobuslarının gecikmə səbəbi məlum oldu
20.07.2018, 16:14

“BakuBus” avtobuslarının gecikmə səbəbi məlum oldu

ARXİV