Modern.az

Erməni əsgərlər Ağdərədə YARALANDILAR  

Erməni əsgərlər Ağdərədə YARALANDILAR   

26 İyul 2017, 18:05

Ermənistan silahlı qüvvələrinin avtomobil texnikasının iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində erməni hərbçiləri xəsarət alıblar.

Modern.az Ermənistan KİV-lərinə istinadən xəbər verir ki, bir neçə gün əvvəl, axşam saatlarında Tonaşen -Madaqiz marşrutu üzrə hərəkət edən Ermənistan ordusunun dağatıcı alayına məxsus "Ural" markalı yük avtomobili dağ yolunda aşıb. Yol-nəqliyyat hadisəsi nəticəsində üç əsgər müxtəlif dərəcəli bədəb xəsarəti alıb. Hərbçilər Ağdərə hospitalına yerləşdiriliblər.

Digər hadisə isə Ermənistan ərazisində, Cermuk avtomobil yolunda baş verib. Şəxsi avtomobili ilə Yexeknadzordan Vayk istiqamətində hərəkət edən müqavilə əsasında xidmət keçən hərbi qulluqçu Mkrtıç Qaramyan yol-nəqliyyat hadisəsi törədib. Ağır bədən xəsarəti alan M.Qaramyan tibb müəssisəsinə çatdırılıb .

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür