Modern.az

Pambıq yığımına hazırlıq başladı

Pambıq yığımına hazırlıq başladı

26 İyul 2017, 18:24

 

 

“Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-ci il tarixli 1138 nömrəli Fərmanının 1.3-cü bəndinin “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”-nin icrasını təmin etmək məqsədilə regionlarda pambıqçılığın inkişafı ilə bağlı bu sahəyə cəlb edilən nəqliyyat vasitələrinin ərazilərdə qısa müddətdə dövlət texniki baxışının keçirilməsinin təşkili və bu prosesdə aşkar olunan nasaz nəqliyyat vasitələrinin pambıq yığımınadək saz vəziyyətə gətirilməsi üçün Kənd Təsərrüfatı Nazirliyinin Baş Dövlət Texniki Nəzarət Müfəttişliyi tərəfindən müvafiq tədbirlər həyata keçirilir və pambıq yığımına hazırlıq işləri ilə bağlı Dövlət Müfəttişliyinin “Səyyar Xidmət” Qrupu və rayon (şəhər) müfəttişlikləri gücləndirilimiş iş rejiminə keçirilib.

 

Respublikanın digər rayonlarında olduğu kimi Biləsuvar rayonunda da pambıqçılığın inkişafı ilə bağlı müvafiq tədbirlər həyata keçirilməkdədir.

 

Bu məqsədlə 26 iyul 2017-ci il tarixində “Səyyar Xidmət” Qrupu və aidiyyatı üzrə rayon (şəhər) müfəttişlikləri tərəfindən pambıq istehsalı, tədarükü, emalı ilə məşğul olan “CTS AGRO MMC”-yə məxsus Biləsuvar rayonu ərazisində işləyən nəqliyyat vasitəsindən55ədədinə texniki baxış keçirilmiş və həmin nəqliyyat vasitələrinin saz vəziyyətdə (istismara yararlı) olduğu müəyyən edilib.

 

Eyni zamanda dövlət texniki baxışına təqdim edilməyən və pambıqçılığın becərilməsi, yığılması və daşınmasında istifadə edilən “CTS AGRO MMC”-nin balansında olan nəqliyyat vasitələrinin daim istismara yararlı vəziyyətdə saxlanılmasına dair MMC-ninrəhbərliyinətövsiyə olunmuş və bu sahədə nəzarətin gücləndirilməsi haqqında rayon (şəhər) müfəttişliklərinə göstəriş verilib.

 

Bu tədbirlər respublika ərazisində mütəmadi olaraq təşkil olunacaqdır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür