Modern.az

Prezident Bərdədə yol tikintisinə 6,8 milyon manat ayırdı  

Prezident Bərdədə yol tikintisinə 6,8 milyon manat ayırdı   

26 İyul 2017, 18:37

Prezident İlham Əliyev iyulun 26-da “Bərdə rayonunun Yeni Daşkənd-Umudalılar avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncam imzalayıb.

Modern.az xəbər verir ki, on beş min nəfər əhalinin yaşadığı 17 yaşayış məntəqəsini birləşdirən Yeni Daşkənd-Umudalılar avtomobil yolunun tikintisinin başa çatdırılması məqsədi ilə 2017-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 6,8 milyon manatı “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinə ayrılıb.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir