Modern.az

Daşqınlar 48 nəfərin həyatına son qoydu

Daşqınlar 48 nəfərin həyatına son qoydu

26 İyul 2017, 20:17

Daşqınlar 48 nəfərin həyatına son qoydu. Modern.az xarici mediaya istinadən xəbər verir ki, Hindistanda musson yağışlarının səbəb olduğu sel nəticəsində ölənlərin sayı 48 nəfərə çatıb.

Təkcə ölkənin ən böyük turist məkanlarından olan Rajastan əyalətində 29 nəfər selin qurbanı olub.

Məlumata görə, əyalət hər tərəfdən sel sularının mühasirəsində qalıb. Minlərlə insanın evlərin damında kömək gözlədiyi deyilir.

Qeyd edək ki, Hindistanda musson yağışları sentyabr ayına qədər davam edir.

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub