Modern.az

ABŞ Venesuelaya qarşı sanksiyaları genişləndirib

ABŞ Venesuelaya qarşı sanksiyaları genişləndirib

Aktual

26 İyul 2017, 21:38

ABŞ Venesuelaya qarşı sanksiyaları genişləndirib. Modern.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə ABŞ Maliyyə nazirliyi məlumat yayıb.

Məlumata görə, ABŞ hökuməti Venesuelaya dair sanksiya siyahısını genişləndirərək sənədə daha 13 məmurun adını daxil edib.

Qeyd edək ki, Venesuelada prezident Nikolas Maduronun hökuməti ilə müxalifətin nəzarət etdiyi parlament arasında münaqişə davam edir. Aprelin 4-də Ali Məhkəmə parlamentin hakimiyyətini xeyli məhdudlaşdıran qərar qəbul edib. Sonrakı etiraz aksiyalarına səbəb ölkə prezidenti tərəfindən Konstitusiya Assambleyasının çağırılması olub. Venesuelada iğtişaşlar nəticəsində indiyədək təxminən 100 nəfər ölüb.

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub