Modern.az

Bakıda qardaş bacısına 13 bıçaq vurdu

Bakıda qardaş bacısına 13 bıçaq vurdu

26 İyul 2017, 22:41

Bakının Nizami rayonu ərazisində bıçaqlanma hadisəsi baş verib. Modern.az "Report"a istinadən xəbər verir ki, hadisə 8-ci kilometr qəsəbəsi, Şərifli küçəsində qeydə alınıb.

1990-cı il təvəllüdlü Aliyeva Tahirə Barat qızı evdə qardaşı ilə mübahisə edib. Bu zaman o, bacısının baş və boyun nahiyələrinə 13 bıçaq zərbəsi vurub. Nəticədə qız ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Yaralının vəziyyəti stabil-ağırdır.

Faktla bağlı Nizami Rayon Polis İdarəsində (RPİ) cinayət işi başlanıb.

Hadisəni törədən şəxs saxlanılıb. Onun adı hələlik, açıqlanmır.

Nizami RPİ-dən verilən məlumata görə, hadisə qısqanclıq zəminində baş verib.

 

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir