Modern.az

Müəllim velosipedlə məktəblilərə kitab paylayır - Video

Müəllim velosipedlə məktəblilərə kitab paylayır - Video

26 İyul 2017, 22:55

Bir müddət əvvəl tarix dərsini replə tədris etdiyi üçün gündəmə gələn Həbib Əlizadə indi daha bir kreativ ideyası ilə diqqət mərkəzindədir. Modern.az "Xəzər xəbər"ə istinadən xəbər verir ki,tarix müəllimi velosipedlə gəzərək başqa rayondakı məktəblilərə kitab paylayır.

Ona hədiyyə olunan kitabları velosipedlə kənd kənd gəzərək uşaqlara paylayır.

Lənkəranın Gəgiran kəndində tarix müəllimi olan 26 yaşlı Həbib Əlizadə ona hədiyyə olunan test və ya digər uşaqların oxuya biləcəyi kitabları məktəblilərin özlərinə paylamaq qərarına gəlib.Bunun üçün kitabları çantasına yıgıb velosipedlə Astaranın ayrı-ayrı kəndlərinə gedir.

Həbib müəllim bunu məktəblilərin yay tətilini maraqlı dəyərləndirmələri üçün edir. O,veloturla hələlik 6 kəndə gedib.Harada məktəbli görürsə velosipedini saxlayır, çağırıb kitab hədiyyə edir.

Həbib Əlizadə yay tətili boyunca bu işinə davam edəcək. Müəllim getdiyi kəndlərin qısa videolarını sosial şəbəkələrdə paylaşır.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir