Modern.az

DYP paytaxtda iki gündə 10 min manat cərimə ödətdirdi

DYP paytaxtda iki gündə 10 min manat cərimə ödətdirdi

Aktual

26 İyul 2017, 23:45

Səbail rayonu Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən keçirilən reydlərdə xeyli sürücü saxlanılıb. Modern.az "Xəzər xəbər"ə istinadən xəbər verir ki, sürücülər cərimələri ödəmədiklərini müxtəlif səbəblərlə əlaqələndiriblər

Cərimələri ödəməyən sürücülərin avtomobilləri cərimə meydançasına aparılıb. Səbail Rayon Dövlət Yol Polisi İdarəsinin rəisi Cəmşid Hənifəyev bildirib ki, iki gün ərzində rayonda təşkil edilən reydlər nəticəsində 10 min manatdan artıq cərimənin ödənilməsi təmin edilib.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov bildirib ki,məsuliyyətsiz sürücülərə qarşı kütləvi reydlər davam etdiriləcək...

Bölmə rəisi sürücüləri cərimələri ödəməyə çağırıb. Əks halda onların sürücülük hüquqlarının məhdudlaşdırılması haqqında vəsatət qaldırılacaq...

Ona görə də sürücülük hüququnu itirmək istəməyən sürücülər cərimələrini nə qədər tez ödəsələr yaxşıdır.

 

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər