Modern.az

Azərbaycan nefti 3 faiz bahalaşdı

Azərbaycan nefti 3 faiz bahalaşdı

26 İyul 2017, 23:59

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti iyulun 25-də 51,13 dollar/barel təşkil edib ki, bu da bazar ertəsinə olan göstəricidən 1,36 dollar/barel çoxdur. Modern.az xəbər verir ki, bu barədə "Trend"ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti iyulun 25-də 50,57 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 1,37 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti iyulun 25-də 48,14 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 1,44 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə iyulun 25-də 49,36 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 1,39 dollar/barel azdır.

 

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi