Modern.az

Şəkidə 17 yaşlı gənc intihar edib

Şəkidə 17 yaşlı gənc intihar edib

Aktual

27 İyul 2017, 00:59

Şəkidə 17 yaşlı gənc intihar edib. Modern.az APA-ya istinadən xəbər verir ki, iyulun 26-sı saat 16 radələrində Şəki şəhər sakini 2000-ci il təvəllüdlü Pərviz Rüstəm oğlu Cabbarovun meyiti şəhər ərazisində fəaliyyət göstərən 8 saylı tam orta məktəbin arxasındakı tikilidə asılmış vəziyyətdə aşkar edilib.

 

Araşdırma zamanı 17 yaşlı Pərviz Cabbarovun hələ ki istintaqa məlum olmayan səbəbdən intihar etməsi məlum olub.

 

Faktla bağlı Şəki rayon prokurorluğunda CM-nin 125-ci maddəsi ilə cinayət işi başlayıb, araşdırma aparılır.

 

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!