Modern.az

ABŞ prezidentindən 10 dollar ala bilməyən Fidel Kastro - MARAQLI  

ABŞ prezidentindən 10 dollar ala bilməyən Fidel Kastro - MARAQLI   

27 İyul 2017, 08:39

26 iyul 1953-cü il dünya tarixinə Kuba inqilabı kimi daxil olub. Məhz bu tarixdə başlayan və 1959-cu ildə inqilabçıların qələbəsi ilə qutaran bu tarixi hadisə Fulhensiyo Batistanın hərbi diktaturasının ləğv olunması ilə nəticələnib. Həmin gün bir qrup inqilabçı gənc Fidel Kastronun başçılığı altında Santyaqo-De-Kuba da yerləşən Monkada kazarmasına hücüma keçiblər. 2 saatlıq döyüş zamanı çoxsaylı itkilər olub, sağ qalanlar həbs ediliblər. Həbs olunanlardan biri də inqilaba başçılıq edən Fidel Kastro olub. Məhkəmədə bütün inqilabçılar ən ağır cəzaya məhkum olunublar. Vəkildən imtina edib özü özünü müdafiə edən Fidel Kastro gələcəkdə çox məşhur olacaq ifadəsini də məhz bu məhkəmədə söyləyib: “Tarix mənə bəraət qazandıracaq!” Məhkəmənin qərarına görə Fidel Kastro 15 il müddətinə azadlıqdan məhrum olunub. 22 aydan sonra əfv olunan Fidel Kastro azadlığa çıxdaıqdan sonra Meksikaya köçərək orada “26 iyul hərəkatı” yaradıb.

Modern.az saytı Fidel Kastro haqqında yazını təqdim edir.

Fidel Kastronun dəqiq doğm tarixi bilinmir. Bəzi mənbələr onun 1926, digərləri isə 1927-ci ildə doğulduğunu göstərir. Bu rəqəmlərdən asılı olmayaraq o, zəngin və imkanlı ailədə böyüyüb, atası hektarlarla torpaqlara malik olub.

Fidel Kastronun hakimiyyətdə olduğu illər heç də birmənalı qiymətləndirilməyib. 1960-1970-ci illər Kubanın iqtisadi dirçəliş illəri kimi xatırlanır. Məhz həmin illər ölkədə pulsuz səhiyyə xidmətinin tətbiqi, savadsızlığın aradan qaldırılması, turizm sektorunun inkişafı kimi irəliləyişlər olub. SSRİ-nin təmənnasız köməyi ölkənin inkişafında mühüm rol oynayıb. Bu inkişafa baxmayaraq ölkədə kifayət qədər ciddi müxalifət də fəaliyyət göstərib. 80-ci illərin ortalarında SSRİ-də siyasi böhran hökm sürəndə və artıq Kubaya sovetlər birliyindən kömək dayananda ölkə özünün ən ağır zamanlarını yaşayıb. Təbii ki, belə bir vəziyyətdə Fidel Kastroya müxalif olanlar ona qarşı mübarizələrini daha da gücləndiriblər. Və 50 ilə yaxın hakimiyyətdə olduğu dövrdə Fidel Kastroya 638 dəfə sui-qəsdə cəhd edilib. Bu dünyada rekord say hesab olunur. Hətta bu haqda “Kastronu öldürməyin 638 üsulu” adlı sənədli film də çəkilib. Ancaq inqilabçı lider öz siyasi fəaliyyətini bu qəsdlərin arasında da davam etdirib.

Sui-qəsdlərin ən maraqlısa isə 1971-ci ildə baş verib. Fidel Kastronun Çiliyə səfəri zamanı iki snayper onun həyatına son qoymalı imiş. İş elə gətirir ki, qəsdin törədiləcəyi vaxtdan bir saat əvvəl onlardan birini maşın vurur, digəri isə kor bağırsağından tutan ağrılara görə təcili cərrahiyyə çarpayısında uzanmalı olur.


Fidel Kastronun siyasi fəaliyyəti uzun illər Amerika prezidentlərini narahat edib. Bu narahatlığı aradan qaldırmaq üçün onlar bir çox üsullara əl atıblar. Bu üsullardan biri də o olub ki, Amerika dövləti kubalılara öz ölkələrinin qapısını açıblar, sərbəst mühacirət imkanları yaradıblar. Kastro bu məsələdə daha hiyləgər hərəkət edib. O, Kuba türmələrindəki ən qatı cinayətkarları cəzalarından azad edərək Amerikaya deportasiya edib.

Fidel Kastro inanılmaz yaddaşa və natiqlik qabiliyyətinə malik olub. O, öz çıxışları ilə minlərlə insanın diqqətini cəlb edə bilib. Onun ən yadda qalan alovlu nitqi 1960-cı ildə olub ki, bu şıxış 4 saat 29 dəqiqə davam edib. Kastronun ən uzun çıxışı isə 1986-cı ildə Kuba Kommunist Partiyasının 3-cü qurultayında dinlənilib. Siyasətçi bu qurultayda heç bir kağızdan istifadə etmədən 7 saat 10 dəqiqə nitq söyləyib.

Fidel Kastronun 14 yaşı olanda Amerika Birləşmiş Ştatlarında seçkilərdə qələbə çalmış Franklin Ruzveltə təbrik məktubu yazıb və həm də xahiş edib ki, prezident ona 10 dallarlıq əskinaz göndərsin. O bunu belə əsaslandırıb ki, bu yaşına qədər 10-luq əskinaz görməyib. Bir müddət sonra Amerika prezidentinin adminstrasiyasından təbrikə görə təşəkkür cavabı gəlib. Ancaq zərfin içində 10 dollar olmayıb. Kastro bu hadisədən təəssüf hissləri keçirib.

Fidel Kastro saqqal saxlamaqla ömrünü 240 saatına qənaət edib. Belə ki, onun öz hesablamalarına görə, üzünü qırxmaq üçün bu illər ərzində o, 240 saat vaxt sərf etməliymiş.


Saqqallı kommunistin ürəyində qadınların xüsusi yeri olub. Qeyri-rəsmi münasibətdə olduğu qadınların sayı bilinməsə də dörd dəfə rəsmi nikahda olub. Bu xanımlar Fidel Kastroya beş oğul və iki qızı bəxş ediblər.

Gənclik illərindən hədsiz dərəcədə çox siqaret şəkən Kastro 1986-cı ildən bu vərdişindən əl çəkib. Elə həmin ildən də ölkədə “Nikotinə qarşı mübarizə” kampaniyasına start verilib.

Kütləvi informasiya vasitələri Fidel Kastronu dəfələrlə, 1986, 1994, 2007, 2009-cu illərdə “dəfn” edib. Əslində isə o, qeyri-dəqiq doğum günündən fərqli olaraq dəqiq bir tarixdə 25 noyabr 2016-cı ildə vəfat edib.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır