Modern.az

Ailəvi intiharlar… Şəmkirdəki dəhşətli olaydan əvvəl Şamaxıda nənə, qızı və nəvəsi özlərini suda boğmuşdular

Ailəvi intiharlar… Şəmkirdəki dəhşətli olaydan əvvəl Şamaxıda nənə, qızı və nəvəsi özlərini suda boğmuşdular

27 İyul 2017, 11:55

İyulun 25-də Şəmkir rayonunun Zəyəm qəsəbəsində ananın iki övladı ilə birgə intihar etməsi insanları sarsıdıb. 15 yaşlı ana özü ilə yanaşı, 3 yaşlı oğlu və 1 yaşlı qızını da ölümün ağuşuna atmaqla bütün ölkəyə şok yaşadıb.
Hadisənin ailə-məşişət münaqişəsi zəminində baş verdiyi bildirilir.

İndi hamı ananın azyaşlı körpələrinə necə qıydığı haqda danışır. İntihar şəxsin hissi, psixi və ya sosial səbəblərin təsiri ilə öz həyatına son qoyması kimi qiymətləndirilir. Eyni zamanda, intihar qarşısı alına biləcək ölüm səbəbidir. Yəqin ki, vaxtında xəbər tutulub, müdaxilə olunsaydı, 25 yaşlı Pərvanə Mahmudovanı və övladlarını bu dəhşətli addımdan xilas etmək mümkün olardı.


Şəmkirdə baş verən bu dəhşətli olay həm də ailəvi intihar hadisəsidir – ana və iki övladı eyni vaxtda suisidin qurbanı oldular.

Bəs əvvəllər də belə hadisə - ailəvi intihar baş veribmi?

Modern.az saytı intihar hadisələrinin xronologiyasını araşdırıb. Məlum olub ki, oxşar hadisə bir neçə il öncə Şamaxıda baş verib. O zaman nənə, övlad və nəvə eyni vaxtda özlərini suda boğmuşdular. Hadisə 2009-cu il noyabrın 8-də olmuşdu. Məlahət Məmmədsuri (nənə), qızı Tünzalə və onun 4 yaşlı oğlu (nəvə) özlərini Sirvangöl su anbarına atmışdılar. Və hər üçü ölmüşdü…
Bu olayın da ailə munaqişəsi zəminində baş verdiyi bildirilirdi.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir