Modern.az

Din xadimi Cümşüd Nuriyevin müsəlman qadınlarla bağlı iddiasını rədd etdi

Din xadimi Cümşüd Nuriyevin müsəlman qadınlarla bağlı iddiasını rədd etdi

27 İyul 2017, 13:29

Adətən yas yerlərində dünyasını dəyişən insanların çərçivəyə salınmış rəsminə rast gəlirik. Çərçivəyə salınmış şəklin üstünə qara lent də bağlanır.

Amma mərhum və mərhumənin çərçivəyə salınmış rəsminin yas məclisində asılması müəyyən narazılıqlara da yol açır.

Bəzi dini kəsim belə hesab edir ki, mərhumənin rəsmi kişilər əyləşən məclisdə asılmamalıdır. Bu, İslam dininə ziddir. Bəziləri isə belə bir halın doğru olduğunu söyləyir.

Siyasi elmlər doktoru, politoloq Cümşüd Nuriyev isə bu günlərdə mətbuata verdiyi bir müsahibədə iddia edib ki, müsəlman qadınlar öləndə onun şəkli ümumiyyətlə yas məslislərində asılmır:

“Azərbaycanlı qadın öləndə yas mərsimində şəkil asmırlar, ermənilər isə asırlar, ancaq bu sözü dediyimə görə daha asmayacaqlar. Bu faktı bir nazir müavininin anasının yasında da gördüm, divardan anasının şəkli asılmışdı. Onun erməni olduğunu bilirdim, yas mərasimində bir daha sübut oldu”. 


Doğrudanmı, İslam dininə görə dünyasını dəyişmiş qadının rəsmi yas məclisində asılmamalıdır?

Qafqaz Müsəlmanları İdarəsinin nümayəndəsi, Məşədi Dadaş məscidinin imam- camaatı Modern.az-a açıqlamasında məsələyə aydınlıq gətirərkən Cüşüd Nuriyevin iddiasını inkar edib. Onun sözlərinə görə, müsəlman qadın ölürsə, onun  şəkli yas mərasimində divardan asıla bilər, amma yalnız qadın məclisində, kişilərin əyləşdiyi məclisdə bu, münasib deyil.

“Əgər dünyasını dəyişən qadının rəsmini kişilər oturan məclisdə asırlarsa, bu dini nöqteyi-nəzərdən doğru deyil. Amma qadın məclisində mərhumənin şəklini asmaq olar. Burda qəbahətli heç nə yoxdur.  Kişi məclisində isə bu yaxşı hal deyil”.

QMİ rəsmisinin sözlərinə görə, bu vaxta qədər hansısa mərhumənin yas məclisində bu cür halla qarşılaşmayıb.

“Dünyasını dəyişən qadınların yas məclisində rast gəlməmişəm ki, mərhumənin rəsmini kişilər oturan məclisin divarından asalar. Bu, İslam dinin də düzgün hesab edilmir. Ancaq kişilərin şəklini asmaq olar”.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır