Modern.az

Dünən axtarışda olan 20 nəfər tutulub

Dünən axtarışda olan 20 nəfər tutulub

27 İyul 2017, 14:07

Ötən gün respublikanın daxili işlər orqanları tərəfindən qeydə alınmış 109 cinayət faktından 19-nun üstü “isti izlər”lə açılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Modern.az-a bildirilibki, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 20 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.

Respublikanın avtomobil yollarında iki yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə bir nəfər ölüb, iki nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklə əlaqəli 18 fakt müəyyənləşdirilib.

Cinayət törətməkdə şübhəli bilinən 42 nəfər tutulub.

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir