Modern.az

“Zəhra abidəsi elə olmalıdır ki, dünyaya səs salsın” - Heykəltaraş Modern.az-ın təklifini DƏSTƏKLƏDİ  

“Zəhra abidəsi elə olmalıdır ki, dünyaya səs salsın” - Heykəltaraş Modern.az-ın təklifini DƏSTƏKLƏDİ   

27 İyul 2017, 14:44

1994-cü ildən  atəşkəs elan olunsa da, Ermənistan buna əməl etmir. Hər gün atəşkəs pozulur. Cəbhədə yaşanan gərginlikdən isə ən çox günahsız insanlar və körpələr əziyyət çəkir.

Bu ilin iyulunda erməni vəhşiliyinin qurbanları sırasına növbəti günahsız azyaşlı və onun nənəsi də əlavə olundu. Belə ki, iyulun 4-də Ermənistan qoşun birləşmələrinin Füzuli rayonunun Alxanlı kəndini atəşə tutması nəticəsində 1967-ci il təvəllüdlü Sahibə Quliyeva və onun 18 aylıq nəvəsi Zəhra Quliyeva qətlə yetirilib.

Qeyd edək ki, avqustun 13-də azyaşlı Zəhra və nənəsi Sahibə Quliyevanın 40 mərasimi keçiriləcək.

Modern.az saytı ötən gün 2 yaşlı Zəhranın qətlə yetirildiyi yerdə həmin qətliamın dəhşətini əks etdirən bir abidənun qoyulmasını təklif edib.

Qoy, Azərbaycana gələn xarici qonaqlar, bütün beynəlxalq təşkilatların nümayəndələri körpə Zəhra və onun timsalında uşaq qətliamından xəbərdar olsunlar. Dünya ictimaiyyəti Azərbaycanda neçə-neçə uşağın qanına qəltan edildiyi barədə məlumatlansın.

Füzuli rayon İcra Hakimiyyətindən də bu təklifimizə biganə qalmamağı xahiş edirik...

Təkliflə bağlı  Azərbaycan Rəssamlar İttifaqının heykəltaraşlıq bölməsinin rəhbəri, xalq rəssamı Xanlar Əhmədov Modern.az-a açıqlamasında deyib ki, azyaşlının dəhşətli ölümünü əks etdirən simvolik abidə mütləq hazırlanmalıdır.

“Realizm, naturalizm kimi məsələlər burda keçmir”

“Bu, çox ürəkağrıdıcı mövzudur. Sözlə ifadə etmək çox çətindir. Abidənin qoyulması üçün düşünmək lazımdır. Kompozisiya qurulanda bir neçə nümunələr olur ki, müəllif həmin nümunələrdən birini seçir. Zəhra Quliyevanın məzarı üzərində qurulacaq abidə çox fərqli olmalıdır. Burada realizm, naturalizm kimi məsələlər keçmir. Burada dəhşətli faciəni göstərmək lazımdır. Bunu həyata keçirmək üçün uzun vaxt lazımdır. Bu elə məsələdir ki, bir günün içində etmək doğru olmaz. Məzar daşı qoyulandan sonra istənilən formada abidəni ucaltmaq olar”.

“Abidənin üzərində ciddi işlənilməlidir”

Heykəltəraşın sözlərinə görə, məzarın üzərində ucaldılacaq abidə 4-5 aya hazır ola bilər.

“Zəhra Quliyeva dəhşətli bir hadisənin qurbanıdır. Onun məzarı üzərində abidə ucaltmaq üçün dərindən düşünərək, ideya vermək olar. Abidə var ki, onu bir günə də həll etmək olur. Amma Zəhra Quliyevanın başına gələn hadisə elə dəhşətlidir ki, onu bir günə düşünüb ucaltmaq  olmaz. O baxımdan ki, bizim ucaldacağımız abidə dünyaya səs salmalıdır. Bu cür hadisə üçün abidənin ucaldılması ən tezi 4-5 aya başa gələ bilər. Qəbirüstü abidələrin hazırlanması üçün müəllif qrupu bir yerə toplaşır. Memar, heykəltəraş öz ideyalarını verir. Bu abidə adi olmamalıdır. Elə formada abidə ucaldırlmalıdır ki, kənardan baxanda hadisənin süjeti danışsın. Щ körpənin başına gətirilən hadisə adi hadisə deyil… Faciədir…. Ona görə də abidənin üzərində daha ciddi işlənilməlidir”.

 

Namidə BİNGÖL 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi