Modern.az

Çadranı təbliğ edən məşhur teleaparıcı pivə içərkən yaxalandı - FOTOLAR  

Çadranı təbliğ edən məşhur teleaparıcı pivə içərkən yaxalandı - FOTOLAR   

27 İyul 2017, 15:12

İran dövlət televiziyasınım Azadə Namdari adlı aparıcısı  hicab, mühafizəkar həyat tərzinin məşhur təbliğatçılarından hesab olunurdu.

Bu yaxında İsveçrədə məzuniyyətdə olan teleaparıcı hicabsız, pivə içən yerdə yaxalanıb. Onun bu vəziyyətdə çəkilmiş şəklinin yayılması İranda qalmaqala səbəb olub. Modern.az BBC-yə istinadən xəbər verir ki, iranlı tamaşaçılar Azadə Namdarini ikiüzlülükdə, yalançılıqda ittiham ediblər.


Məlumdur ki, İranda spirtli içkilər 1979-cu il İslam inqilabından bəri yasaq edilib.

İranda islami geyim məcəlləsinə riayətə "əxlaq polisi" nəzarət edir və qadınlar ictimai yerlərdə bədənlərini və saçlarını örtməlidirlər.

Bu ölkədə müsəlaman qadınlar üçün hicab icbaridir.

Maraqlısı budur ki, televiziya aparıcısı və aktrisa Azadə Namdari öz verilişlərində daim hicabı təbliğ edirdi.

İranın mühafizəkar Vətən-e Emruz qəzeti 2014-cü ildə Azadə Namdarinin tam hicablı fotosunu dərc etmiş və bu şəklin altında böyük hərflərlə "Allaha şükür mən hicab geyinirəm" yazılmışdı.

Xanım Namdari həm də bədəni başdan ayağadək örtən qara çadranın qızğın təbliğatçısı sayılırdı.

Mühafizəkarlar hesab edirlər ki, müsəlman qadınları naməhrəmlərdən ən yaxşı qoruyan geyim elə qara çadradır.

Azadə Namdari deyirdi ki, o çadralanması ilə fəxr edir. Qəzetin birinci səhifəsində dərc olunmuş müsahibəsində televiziya aparıcısı bütün qadınları çadralanmağa çağırırdı.

"Gərək imanlı olasan ki, çadralı olasan”,-deyə o bildirirdi: “Allaha şükür, mən efirə çadra ilə çıxıram. Mən çadrada özümü təhlükəsiz və daha mötəbər görürəm. Bütün bunlarla məni məhz çadra şərəfləndirib.
Bunu deməyimə görə sizdən çox üzr istəyirəm, amma mən çadrada daha gözələm".


Amma indi Azadə Namdarinin xaricdə məzuniyyətdə olarkən hicabsız və çadrasız pivə içdiyini göstərən şəkli üzə çıxıb və o, İran sosial mediasında kəskin tənqid olunur.

İstifadəçilər onu "ikiüzlükdə" və "riyakarlıqda" ittiham edirlər.

Sosial media postlarından birində çadralı Namdarinin çantasına Grey Goose arağının şüşəsi fotoşop edilib.

Bəzi postlarda isə onun qoşa şəkilləri verilib. Şəkillərdən birində o çadralıdır, o biri şəkilldə isə pivə şüşəsini başına çəkir.

Hökumətyönlü ruhanilərdən Əbülfəzl Nəcəfi Tehrani isə yazır ki, təqsir xanım Namdari və onun kimilərində yox, adamları belə ikili davranışa vadar edən ideologiya və sistemdədir.

Azadə Namdari isə iddia edir ki, hicab başından sürüşüb və bu anda kənar şəxs tərəfindən şəkli çəkilib. Amma o, pivə şüşəsinə aydınlıq gətirməyib.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu