Modern.az

Yevlax Xəstəxanasındakı yanğının SƏBƏBLƏRİ - təxliyə edilənlər arasında yataq xəstələri də var

Yevlax Xəstəxanasındakı yanğının SƏBƏBLƏRİ - təxliyə edilənlər arasında yataq xəstələri də var

27 İyul 2017, 15:53

Yevlax Mərkəzi Xəstəxanasında baş verən yanğının səbəbi açıqlanıb.

Bu barədə Modern.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətinin rəhbəri Oqtay Bayramov məlumat verib.

O qeyd edib ki, xəstəxananın 3-cü və 4-cü mərtəbələri arasında yerləşən şaxtada kabel alışıb:

“Elektrik kabeli yanğına səbəb olub”.

O.Bayramov deyib ki, ilkin məlumata görə, yanğın zamanı xəsarət alan olmayıb: 

“Xəstəxana personalı və iki nəfər yataq xəstəsi təxliyə olunub”.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir