Modern.az

Şəmkirli ana niyə övladları ilə birgə intihar etdi?- Psixoloqdan AÇIQLAMA

Şəmkirli ana niyə övladları ilə birgə intihar etdi?- Psixoloqdan AÇIQLAMA

27 İyul 2017, 16:40

Bütün ölkəboyu Şəmkir rayonunun Zəyəm qəsəbə sakini Pərvanə Mahmudovanın azyaşlı uşaqları Sənan və Səma ilə birgə özünü qatarın altına atmasından danışılır.

Ana özü ilə yanaşı, azyaşlı övladlarına necə qıyıb? Hansı ürəyə sahib olmalısan ki, belə bir dəhşətli addım atasan? Hamı bu suallara cavab axtarır...

Psixoloq Elnur Rüstəmov Modern.az-a bildirib ki, insanları zaman-zaman intihardan saxlayan məqamlar var.


“Bəzən onlar danışanda da deyirlər ki, “mən bu gün həyatıma qəsd edərdim, ancaq uşaqlarım var, atam-atam var”, ya da digər insanların adlarını çəkirlər.

Konkret olaraq Şəmkirdəki hadisədən söhbət gedirsə, burada birinci insanın hansı səbəblərdən intihar etdiyini araşdırmaq lazımdır.
İkinci bir tərəfdən ola bilsin ki, bu insan uşaqlarını kiməsə etibar etmir. Bu günə qədər uşaqlar onu həyata bağlayırdısa, o insan elə bir vəziyyətə gəlib ki, övladları ilə bərabər intiharı çıxış yolu bilib. Çox dəhşətli bir hadisədir. Araşdırmaq lazımdır ki, bu adamın uzun müddətli bir xəstəliyi, hər hansı psixiatrik problemi yoxdursa , əgər problem ailədaxili məsələlərdən qaynaqlanırsa, bunun üçün maariflənmə işləri aparılmalıdır. Xanımın uşaqları ilə birgə intihar etməsinin bir səbəbi uşaqlara çox bağlı olmasıdır.

İntiharın qarşısının alınması üçün öncə baş vermə səbəblərini araşdırmaq lazımdır. İnsanların həyat səviyyəsi yüksəldilməlidir, yaşam istəyi yüksəldilməlidir, problemlə bağlı müraciət edəcəyi yerlərin sayı artmalıdır”. 

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi