Modern.az

Heydər Əsədov BMT nümayəndəsi ilə müzakirə apardı

Heydər Əsədov BMT nümayəndəsi ilə müzakirə apardı

27 İyul 2017, 17:40

Bu gün kənd təsərrüfatı naziri HeydərƏsədov BMT İnkişaf Proqramının Azərbaycandakı Rezident Əlaqələndiricisi Qulam İsakzai ilə görüşüb.

Görüşdə məqsəd BMT İnkişaf Proqramı, Qlobal Ətraf Mühit fondu və Kənd Təsərrüfatı Nazirliyinin birgə həyata keçirəcəkləri “Qlobal əhəmiyyətli aqro-bioloji müxtəlifliyin qorunması və davamlı istifadəsi” layihəsinə hazırlıq məsələlərinin müzakirə olub. 

Qonaqları səmimi salamlayan nazir Heydər Əsədov ölkə rəhbərliyinin aqrar sahəyə göstərdiyi diqqət və qayğı, həyata keçirilən institusional islahatlar, aqrar sahədə əldə olunan nailiyyətlər və həyata keçirilən beynəlxalq layihələr barədə geniş məlumat verib.

Görüşdə “Qlobal əhəmiyyətli aqro-bioloji müxtəlifliyin qorunması və davamlı istifadəsi” layihəsin komponentləri üzrə müzakirələr aparılıb.

Qulam İsakzai ölkəmizdə baş verən yenilikləri maraqla izlədiyini qeyd edib. Azərbaycanın yüksək kənd təsərrüfatı potensialı olduğuna bildirərək bu sahədə əməkdaşlıqda maraqlı olduqlarını vurğulayıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi