Modern.az

Deputat Modern.az-ın Zəhra ilə bağlı təklifini DƏSTƏKLƏDİ: “Çox vacibdir”

Deputat Modern.az-ın Zəhra ilə bağlı təklifini DƏSTƏKLƏDİ: “Çox vacibdir”

27 İyul 2017, 17:53

1994-cü ildən  atəşkəs elan olunsa da, Ermənistan buna əməl etmir. Hər gün atəşkəs pozulur. Cəbhədə yaşanan gərginlikdən isə ən çox günahsız insanlar və körpələr əziyyət çəkir.

 

Bu ilin iyulunda erməni vəhşiliyinin qurbanları sırasına növbəti günahsız azyaşlı və onun nənəsi də əlavə olundu. Belə ki, iyulun 4-də Ermənistan qoşun birləşmələrinin Füzuli rayonunun Alxanlı kəndini atəşə tutması nəticəsində 1967-ci il təvəllüdlü Sahibə Quliyeva və onun 18 aylıq nəvəsi Zəhra Quliyeva qətlə yetirilib.

 

Qeyd edək ki, avqustun 13-də azyaşlı Zəhra və nənəsi Sahibə Quliyevanın 40 mərasimi keçiriləcək.

 

Modern.az saytı ötən gün 2 yaşlı Zəhranın qətlə yetirildiyi yerdə həmin qətliamın dəhşətini əks etdirən bir abidənin qoyulmasını təklif edib.

 

Qoy, Azərbaycana gələn xarici qonaqlar, bütün beynəlxalq təşkilatların nümayəndələri körpə Zəhra və onun timsalında uşaq qətliamından xəbərdar olsunlar. Dünya ictimaiyyəti Azərbaycanda neçə-neçə uşağın qanına qəltan edildiyi barədə məlumatlansın.

Füzuli rayon İcra Hakimiyyətindən də bu təklifimizə biganə qalmamağı xahiş edirik...

 

Təkliflə bağlı  Milli Məclisin deputatı Qənirə Paşayeva da təklifi müsbət qiymətləndirib.

 

“Bu təklif çox vacib və maraqlı bir təklifdir. Dəstəkləyirik. Balaca Zəhranın simasında işğalçı Ermənistanın qətlə yetirdiyi balalarımızla bağlı bir abidənin olması həqiqətlərimizin dünyaya daha da geniş yayılması istiqamətində əhəmiyyətli bir addım olardı”.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub